Azərbaycanda faktorinq xidməti ilə məşğul olan “Ferrum Kapital” QSC 2026-cı ilin yarımillik idarəetmə hesabatında Mərkəzi Banka təqdim etdiyi hesabatda texniki yanlışlığa yol verib.
Belə ki, “Ferrum Kapital” QSC-nin cari ilin yarımillik idarəetmə hesabatında Müşahidə Şurasının sədri Dəmirçi Qafar Aydın oğlu deyil, Habib Zadeh Mohammad Rezanın adı qeyd edilib.
“Ferrum Kapital” QSC-nin Müşahidə Şurasının üzvü Arif Əliyev FED.AZ saytına bildirib ki, Mərkəzi Banka təqdim etdiyimiz müvafiq hesabatda texniki səhvə yol verilib. “Ferrum Kapital” QSC-nin Müşahidə Şurasının sədri Habib Zadeh Mohammad Reza deyil. Hazırda bu vəzifəni Dəmirçi Qafar Aydın oğlu icra edir, hesabata düzəliş olunması üçün addımlar atılacaq".
Qeyd edək ki, hesabatdakı məlumatın yanlış olmasını “Ferrum Kapital” QSC-nin icraçı direktoru Qadir Cavadov da təsdiq edib.
“Ferrum Kapital” QSC-nin səhmlərinin 68%-i Dəmirçi Qafar Aydın oğluna, 23%-i Habib Zadeh Mohammad Rezaya, 4,5%-i “AQA Şirkətlər Qrupu QSC-yə, 4,5%-i Vesta İnvestment QSC-yə məxsusdur. Şirkətin nizamnamə kapitalı 24 milyon l28 min 819 manatdır.
Məlumat üçün bildirək ki, “Ferrum Kapital” QSC bu ilin ilk altı ayı ərzində 13 nəfər işçisini ixtisar edib. Belə ki, ötən ilin sonunda 242 nəfər olan işçi sayı, ikinci rübün sonunda 229 nəfərə düşüb.
Xatırladaq ki, Habib Zadeh Mohammad Reza “AQA Şirkətlər Qrupu QSC-nin 72,5%-lik payla səhmdarı olduğu “City Finance BOKT” MMC-də 27,5%-lik paya sahibdir. Bu şirkətin nizamnamə kapitalı 5 milyon manatdır.












