Kredit üzrə kiçik mütəxəssis
Tələblər:
- 20 - 30 yaş
- Bank təcrübəsi tələb olunmur
- Azərbaycan dilini əla səviyyədə bilmək (Rus dili biliyi üstünlükdür)
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
- Detallara qarşı diqqətlilik
- MS Office proqramları bilikləri
Vəzifə öhdəlikləri:
- Müştərilərin istehlak kredit məhsulları barədə məlumatlandırılması
- Kredit üzrə müraciətlərinin qəbulu və sistemə daxil edilməsi
- Kreditləşmə üzrə müvafiq sənədləşməni həyata keçirmək
İş qrafiki
Həftədə 6 gün (10:00 - 19:00), 1 gün istirahət
Əmək haqqı 300-500
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Kredit üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.