Maliyyə bazarında fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarınınn uğurları, onların idarəetmə strategiyaları və maliyyə göstəriciləri ilə birbaşa əlaqəlidir.
BOKT-ların müqayisəsi: Kim güclüdür - «EmbaFinans», yoxsa «ASEL kredit» BOKT? - RƏQƏMLƏR
BOKT-ların müqayisəsi: Kim güclüdür - «Regional BOKT», yoxsa «Finex Kredit BOKT»? - RƏQƏMLƏR
BOKT-ların müqayisəsi: Kim güclüdür - «TBC Kredit BOKT», yoxsa «Kəpəz BOKT»? - RƏQƏMLƏR
BOKT-ların müqayisəsi: Kim güclüdür - «Finoko BОKТ», yoxsa «Para BOKT»? - RƏQƏMLƏR
BOKT-ların müqayisəsi: Kim güclüdür - «Finca Azerbaijan», yoxsa BOKT «İnternational»? - RƏQƏMLƏR
BOKT-ların müqayisəsi: Kim güclüdür - «FinTrend BOKT», yoxsa «AZPUL BOKT»? - RƏQƏMLƏR
FED.az bu dəfə ölkənin qeyri-bank maliyyə sektorunun orta seqmentinə məxsus olan iki nümayəndəsini – «KredAqro» və «Viator Mikro Kredit Azərbaycan» kimi BOKT-un göstəricilərini müqayisə edib. Aktivlərdən tutmuş mənfəətlilik göstəricilərinə qədər müxtəlif aspektlərdə aparılan təhlil, onların maliyyə dayanıqlığını və rəqabət qabiliyyətini əks etdirir.
«Viator» irəliləyir. «KredAqro» geriləyir…
2023-cü ilin sonuna "Viator Mikro Kredit Azərbaycan" BOKT-un aktivləri 8 776 min manat təşkil edib ki, bu da "KredAqro" BOKT-un eyni göstəricisindən 202 min manat yaxud 2.4% yüksəkdir. Maraqlı cəhət ondan ibarətdir ki, "Viator Mikro Kredit" 2022-2023 illər arası aktivlərində 22.5% artım qeydə alıb, halbuki "KredAqro" bu müddətdə aktivlərini 2.8% azaltmışdır.
Min manat |
Göstəricilər |
Min manat |
“KredAqro” BOKT |
BOKT-lar |
BOKT “Viator Mikro Kredit Azərbaycan” |
8 574 |
Aktivlər 2023 |
8 776 |
8 821 |
Aktivlər 2022 |
7 164 |
-2,8% / -247 |
Aktivlərin dəyişməsi (%/manat) |
22,5% / 1 612 |
"KredAqro" BOKT 2019-cu ildə 12 376 min manatla başlayan aktivlərini 2023-cü ilədək 8 574 min manata endirib. Bu, son 5 il ərzində 30,7%-lik azalma deməkdir. “Viator Mikro Kredit" isə 2019-cu ildən 2023-cü ilə qədər hər il aktivlərini dəyər baxımından artırmağa nail olmuşdur. Belə ki, 2019-cu ildə 7 263 min manatla başladığı aktivlərini 2023-cü ilə qədər 8 776 min manata çıxarmış, yüksəlişi 20.8% təşkil etmişdir. Bu göstəricilər, "Viator Mikro Kredit"in daha sürətli inkişaf etdiyini vurğulayır.
Aktivlər Min AZN |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
“KredAqro” BOKT |
12 376 |
11 357 |
7 622 |
8 821 |
8 574 |
BOKT “Viator Mikro Kredit Azərbaycan” |
7 263 |
6 812 |
6 685 |
7 164 |
8 776 |
“KredAqro” BOKT |
Aktivlər dinamika |
BOKT “Viator Mikro Kredit Azərbaycan” |
54,9% |
2019 |
48,8% |
-8,2% |
2020 |
-6,2% |
-32,8% |
2021 |
-1,8% |
15,7% |
2022 |
7,1% |
-2,8% |
2023 |
22,5% |
5,3% |
2018-2023 (orta) |
14% |
Öhdəliklər eynidir – dinamika fərqlidir
"KredAqro" və "Viator Mikro Kredit" BOKT-ları arasında öhdəliklər üzrə rəqabət də diqqətəlayiqdir. "KredAqro"nun öhdəlikləri 2019-cu ildə 4 761 min manatla başlayaraq 2021-ci ildə ən aşağı həddə, 2 995 min manata enmiş, 2023-cü ildə isə 3 575 min manata çatmışdır. Rəqibi "Viator Mikro Kredit" isə öhdəliklərdə sabit artım nümayiş etdirərək 2019-cu ildəki 3 013 min manatdan 2023-cü ildə 3 674 min manata yüksəlmişdir.
Öhdəliklər Min AZN |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
“KredAqro” BOKT |
4 761 |
5 290 |
2 995 |
3 910 |
3 575 |
BOKT “Viator Mikro Kredit Azərbaycan” |
3 013 |
2 398 |
2 326 |
2 656 |
3 674 |
Kapital göstəricisi
BOKT-ların kapital göstəriciləri "Viator Mikro Kredit"in üstün mövqedə olduğunu göstərir. "KredAqro" 2019-cu ildə 7 616 min manat kapitala malik idi, lakin illər ərzində bu göstərici azalmağa davam edərək 2023-cü ildə 4 999 min manata düşmüşdür. "Viator Mikro Kredit" isə əksinə, 2019-cu ildəki 4 250 min manat kapitalını hər il artıraraq 2023-cü ildə 5 102 min manata çatdırmışdır. Bu, "Viator Mikro Kredit"in maliyyə dayanıqlılığında rəqibini geridə qoyduğunu nümayiş etdirir.
Kapital Min AZN |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
“KredAqro” BOKT |
7 616 |
6 066 |
4 627 |
4 911 |
4 999 |
BOKT “Viator Mikro Kredit Azərbaycan” |
4 250 |
4 414 |
4 360 |
4 509 |
5 102 |
BOKT-ların «ana gəlir mənbəyi» - Kredit portfellərinin müqayisəsi
2023-cü ilin sonuna üzrə "Viator Mikro Kredit" 8 112 min manatlıq kredit portfeli ilə "KredAqro"nun 5 338 min manatlıq portfelini 2 774 min manat və ya 52% üstələmişdir. Üç illik dövrdə "Viator Mikro Kredit" kredit portfelini 2021-ci ildəki 6 134 min manatdan başlayaraq hər il artırmışdır. "KredAqro" isə eyni dövrdə daha yavaş bir artım nümayiş etdirmişdir. Belə ki, "Viator Mikro Kredit" daha güclü kreditləşmə potensialına malikdir və bu rəqabətdə üstün mövqedədir.
Kredit portfeli Min AZN |
2021 |
2022 |
2023 |
“KredAqro” BOKT |
4 324 |
5 316 |
5 338 |
BOKT “Viator Mikro Kredit Azərbaycan” |
6 134 |
6 265 |
8 112 |
Əsas məsələ - hansı BOKT sahibinə daha çox qazanc gətirir?
Son üç il ərzində xalis mənfəət baxımından "Viator Mikro Kredit" üstünlük yazanıb. 2023-cü ildə viatorlar 594 min manat mənfəət əldə edib ki, bu da "KredAqro"nun cəmi 87 min manatlıq mənfəətindən 507 min manat, az qala 7 dəfə artıqdır. Hərçənd bir il əvvəl – 2022-ci ildə "KredAqro"nun xalis mənfəəti "Viator Mikro Kredit"i 2 dəfə üstələyirdi. Ümumilikdə son 3 ildə "Viator Mikro Kredit" öz səhmdarlarına 875 min manat qazanc gətirdiyi halda, “KredAqro”nun səhmdarları 3 illik dövrdə 1 milyon zərərdədirlər.
Xalis mənfəət Min AZN |
2021 |
2022 |
2023 |
“KredAqro” BOKT |
-1 439 |
284 |
87 |
BOKT “Viator Mikro Kredit Azərbaycan” |
132 |
149 |
594 |
5 ilin mənfəəti
Beş illik mənfəət göstəricilərinə nəzər saldıqda, məlum olur ki, pandemiyadan əvvəl sözügedən şirkətlər daha çox qazanırmışlar. Pandemiyadan əvvəlki ildə 2019-da "Viator Mikro Kredit" 4 milyon 250 min manat, "KredAqro" isə bundan 1,5 dəfə artıq – 6 milyon 646 min manat mənfəət əldə ediblər. Lakin sonrakı illərdə "KredAqro" mənfəət göstəricilərində ciddi azalmalar müşahidə etmişdir, 2023-cü ildə isə cəmi 87 min manat mənfəət qeydə alınmışdır. "Viator Mikro Kredit" yüksək tempi 2020-ci ildə də qorusa da, 2021-2023-cü illərdə mənfəəti kəskin aşağı düşüb.
Xalis mənfəət Min AZN |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
“KredAqro” BOKT |
6 646 |
-1 416 |
-1 439 |
284 |
87 |
BOKT “Viator Mikro Kredit Azərbaycan” |
4 250 |
4 414 |
132 |
149 |
594 |
Gəlirlilik göstəriciləri ROA və ROE üzrə
Kapitalın gəlirliyi – ROE
2022-ci ildə "KredAqro" ROE göstəricisi ilə 5,7% nisbətində üstünlük göstərmişdir, halbuki "Viator Mikro Kredit" həmin ildə yalnız 3,3%-ə nail olmuşdur. Bununla belə, 2023-cü ildə vəziyyət dəyişmişdir. "Viator Mikro Kredit" ROE-ni 11.6%-ə yüksəldərək "KredAqro"nun 1.7%-lik göstəricisini əhəmiyyətli dərəcədə geridə qoymuşdur.
ROE əmsalı |
2022 |
2023 |
“KredAqro” BOKT |
5,7% |
1,7% |
BOKT “Viator Mikro Kredit Azərbaycan” |
3,3% |
11,6% |
Aktivlərin gəlirliyi– ROA
2022-ci ildə "Viator Mikro Kredit" aktivlərinin gəlirliliyini 2%-də saxlayaraq "KredAqro"nun 3.2%-lik göstəricisindən geri qalmışdır. Lakin 2023-cü ildə "Viator Mikro Kredit" bu göstəricidə əhəmiyyətli bir sıçrayış edərək 6.7%-ə çatmışdır. Eyni dövrdə "KredAqro"nun ROA göstəricisi isə 1%-ə enmişdir. Beləliklə, 2023-cü ildə "Viator Mikro Kredit" ROA üzrə rəqibini 5.7 faiz bəndi ilə üstələmişdir.
ROA əmsalı |
2022 |
2023 |
“KredAqro” BOKT |
3,2% |
1% |
BOKT “Viator Mikro Kredit Azərbaycan” |
2% |
6,7% |