BOKT-lar maliyyə sektorunun öəmli oyuçularından biridir.
BOKT-ların müqayisəsi: Kim güclüdür - «EmbaFinans», yoxsa «ASEL kredit» BOKT? - RƏQƏMLƏR
BOKT-ların müqayisəsi: Kim güclüdür - «Regional BOKT», yoxsa «Finex Kredit BOKT»? - RƏQƏMLƏR
BOKT-ların müqayisəsi: Kim güclüdür - «TBC Kredit BOKT», yoxsa «Kəpəz BOKT»? - RƏQƏMLƏR
BOKT-ların müqayisəsi: Kim güclüdür - «Finoko BОKТ», yoxsa «Para BOKT»? - RƏQƏMLƏR
BOKT-ların müqayisəsi: Kim güclüdür - «Finca Azerbaijan», yoxsa BOKT «İnternational»? - RƏQƏMLƏR
FED.az bu dəfə SF Azerbaijan BOKT və Azərbaycan Mikro-Kredit BOKTu müqayisə edib.
SF Azerbaijan və Azərbaycan Mikro-Kredit BOKT-un maliyyə göstəricilərinin müqayisəsi hər iki təşkilatın bazardakı mövqeyini və fəaliyyət effektivliyini aydın şəkildə ortaya qoyur. Aktivlərdən kapitala, öhdəliklərdən kredit portfelinə qədər müxtəlif göstəricilərdə həm oxşarlıqlar, həm də fərqlər müşahidə edilir.
SF Azerbaijan BOKT və Azərbaycan Mikro-Kredit BOKT-un 2023-cü ildəki aktiv göstəriciləri arasında ciddi fərqlər müşahidə olunur. SF Azerbaijan aktivlərini 2022-ci ildəki 134 min manatdan 2023-cü ildə 19 875 min manata qədər artıraraq çox sürətli artım tempini göstərmişdir. BOKT-un aktivləri 1 ildə 148 dfə artıb.
Azərbaycan Mikro-Kredit BOKT da sürətli artım nümayiş etdirib, 2022-ci ildəki 8 508 min manatdan 2023-cü ildə 17 996 min manata qədər yüksələrək, 112% və ya 2,1 dəfə artım nümayiş etdirmişdir.
Beləliklə, «SF Azerbaijan»ın aktivləri daha sürətli artıb, amma bu ilk növbədə artım bazasının kiçik (cəmi 134 min manat) olması ilə bağlıdır və şişirdilmiş göstəricidir. Eyni zamanda BOKT-un belə böməsi həm də ya yeni böyük kapital axını, ya da aktivlərin yenidən qiymətləndirilməsi ilə bağlı ola bilər. «Azərbaycan Mikro-Kredit» BOKT isə daha stabil artım nümayiş etdirir və bazardakı mövqeyi də daha sabit görünür. Ümumilikdə, Azərbaycan Mikro-Kredit BOKT daha balanslı və davamlı artım göstərir, «SF Azerbaijan» BOKT isə sürətli böyümə mərhələsindədir və bu vəziyyət rəqiblə müqayisədə daha çox risk daşıya bilər.
Min manat |
Göstəricilər |
Min manat |
SF Azerbaijan BOKT |
BOKT-lar |
Azərbaycan Mikro-Kredit BOKT |
19 875 |
Aktivlər 2023 |
17 996 |
134 |
Aktivlər 2022 |
8 508 |
148 dəfə/ 19 741 |
Aktivlərin dəyişməsi (%/manat) |
2,1 dəfə / 9 488 |
SF Azerbaijan və Azərbaycan Mikro-Kredit BOKT-un aktiv göstəricilərini müqayisə edərkən, hər iki BOKT-un 2021-2023-cü illər ərzində əhəmiyyətli dəyişikliklərə məruz qaldığını görürük. SF Azerbaijan, 2021-ci ildə cəmi 302 min manat aktivlərə malik olduğu halda, 2023-cü ildə bu rəqəm 19 875 min manata qədər artmışdır. Bu, xüsusilə sürətli bir yüksəlişi əks etdirir. Azərbaycan Mikro-Kredit BOKT isə aktivlərini 2021-ci ildəki 2 452 min manatdan 2023-cü ildə 17 996 min manata yüksəltmişdir. Aktivlərin artım tempinə görə, SF Azerbaijan daha yüksək dinamika nümayiş etdirərək rəqibini geridə qoyub.
Aktivlər Min AZN |
2021 |
2022 |
2023 |
SF Azerbaijan |
302 |
134 |
19 875 |
Azərbaycan Mikro-Kredit BOKT |
2 452 |
8 508 |
17 996 |
Öhdəliklərin Müqayisəsi
2021-2023-cü illər ərzində SF Azerbaijan və Azərbaycan Mikro-Kredit BOKT-un öhdəliklərində də nəzərəçarpacaq artım müşahidə olunur. SF Azerbaijan 2021-ci ildə 341 min manat öhdəliyə malik olduğu halda, bu göstərici 2023-cü ildə 21 236 min manata çatmışdır.
Eyni zamanda, Azərbaycan Mikro-Kredit BOKT-un öhdəlikləri 1 115 min manatdan 16 955 min manata qədər yüksəlmişdir. SF Azerbaijan-ın öhdəliklərinin artım tempi daha yüksək olsa da, ümumi məbləğ baxımından hər iki BOKT-un maliyyə borclarının miqyasını artırdığı aydın görünür.
SF Azerbaijan öhdəliklərində böyük artım göstərir ki, təşkilat maliyyələşməni əsasən borclanma yolu ilə təmin edir. Azərbaycan Mikro-Kredit BOKT-un öhdəlikləri daha sabit şəkildə artıb, bu isə daha sabit maliyyə vəziyyətinə işarə edir.
Öhdəliklər Min AZN |
2021 |
2022 |
2023 |
SF Azerbaijan |
341 |
574 |
21 236 |
Azərbaycan Mikro-Kredit BOKT |
1 115 |
7 398 |
16 955 |
Kapital
Kapital göstəricilərinə gəldikdə, SF Azerbaijan mənfi kapitala malikdir və bu, təşkilatın yüksək borclanma və zərərlərlə üzləşdiyini göstərir. Yeni fəaliyyətə başlayan təşkilatlar üçün bir müddət zərərlə işləmək normal olsa da, təşkilatın mənfi kapitalı böyüməkdədir. 2021-ci ildə -39 min manat olan kapital göstəricisi, 2023-cü ildə -1 361 min manata qədər azalmışdır. «Azərbaycan Mikro-Kredit» BOKT-un kapitalı müsbətdə olsa da, bu təşkilatda da azalma var - 2021-ci ildə 1 545 min manatdan 2023-cü ildə 1 041 min manata enib. Başqa sözlə, Azərbaycan Mikro-Kredit BOKT müsbət, lakin azalan kapitala malikdir, bu da gəlir və ya mənfəət çatışmazlığı ilə əlaqədardır. SF Azerbaijan-ın mənfi kapitalı ilə müqayisədə, Azərbaycan Mikro-Kredit BOKT-un göstəriciləri daha pozitivdir.
Kapital Min AZN |
2021 |
2022 |
2023 |
SF Azerbaijan |
-39 |
-439 |
-1 361 |
Azərbaycan Mikro-Kredit BOKT |
1 545 |
1 110 |
1 041 |
BOKT-un çörək ağacı – Kredit Portfeli
Hər iki BOKT-un kredit portfelində əhəmiyyətli artım müşahidə edilir. SF Azerbaijan-ın real kredit tarixçəsi 2023-cü ildən başlanır, 2021-ci ildə kredit verməyib, 2022-ci ildə isə cəmi 2 min manat krediti olub, 2023-cü ildə 16 390 min manatlıq kredit portfeli yaranıb. Azərbaycan Mikro-Kredit BOKT isə kredit portfelini 2021-ci ildəki 1 905 min manatdan 2023-cü ildə 16 047 min manata qədər artırmışdır.
Hər iki qurumun kreditləşmə fəaliyyəti onların kredit portfelinin böyüdüyünü və müştərilərlə münasibətləri genişləndirdiyini göstərir.
Kredit portfeli Min AZN |
2021 |
2022 |
2023 |
SF Azerbaijan |
- |
2 |
16 390 |
Azərbaycan Mikro-Kredit BOKT |
1 905 |
6 889 |
16 047 |
Xalis Mənfəət
Xalis mənfəət göstəricilərinə baxdıqda, hər iki BOKT-un zərərlə fəaliyyət göstərdiyi görünür. SF Azerbaijan 2023-cü ildə - 921 min manat zərərə malik olmuş, Azərbaycan Mikro-Kredit BOKT-un zərəri isə daha az -69 min manat təşkil etmişdir.
Hər iki təşkilat zərərdə olsalar və onların maliyyə vəziyyətində fərqi görməmək mümkün deyil. Belə ki, Azərbaycan Mikro-Kredit BOKT-un maliyyə itkisi azaldığı halda, SF Azerbaijan-ın zərərini artırdığı görünür.
Xalis mənfəət Min AZN |
2021 |
2022 |
2023 |
SF Azerbaijan |
-339 |
-401 |
-921 |
Azərbaycan Mikro-Kredit BOKT |
- 207 |
-328 |
-69 |
ROE əmsalı
ROE göstəricisi hər iki BOKT-da mənfi olsa da, 2023-cü ildə SF Azerbaijan bu göstəricini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq -299,2%-dən -4,6%-ə çatdırmışdır. Azərbaycan Mikro-Kredit BOKT isə 2022-ci ildəki -3,8%-dən 2023-cü ildə -0,3%-ə qədər müsbətə yaxınlaşmışdır. Bu göstəricinin özü olmasa da, dinamikası hər iki qurum üçün yaxşıdır.
ROE əmsalı |
2022 |
2023 |
SF Azerbaijan |
-299,2% |
-4,6% |
Azərbaycan Mikro-Kredit BOKT |
-3,8% |
-0,3% |
ROA əmsalı
ROA əmsalında SF Azerbaijan, 2022-ci ildə 91,3% ilə üstünlük təşkil etmişdir, lakin 2023-cü ildə bu rəqəm 67,6%-ə enib. Azərbaycan Mikro-Kredit BOKT isə 2022-ci ildə -29,5%-dən 2023-cü ildə -6,6%-ə qədər irəliləyiş göstərib. Bu fərqlilik hər iki qurumun aktivlərdən istifadəsində fərqli yanaşmalarını əks etdirir. SF Azerbaijan bu sahədə daha səmərəli fəaliyyət göstərmişdir.
ROA əmsalı |
2022 |
2023 |
SF Azerbaijan |
91,3% |
67,6% |
Azərbaycan Mikro-Kredit BOKT |
-29,5% |
-6,6% |
Müqayisənin nəticəsi budur ki, Azərbaycan Mikro-Kredit BOKT daha sabit və davamlı maliyyə inkişafı nümayiş etdirir. BOKT-un kapitalı müsbətdir, zərəri azalır və artımı daha balanslıdır.
«SF Azerbaijan» BOKT isə sürətli artım nümayiş etdirsə də, yüksək borclanma, mənfi kapital və artan zərəri var və bu uzunmüddətli dayanıqlılıq üçün riskə səbəb ola bilər.