"Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) faizlərinin yüksək olması bizi daim narahat edən məsələlərdən biridir".
"BOKT-ların istehlak kreditləri üzrə - Tələblər sərtləşdirilib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, son üç ildə bank olmayan kredit təşkilatlarının (BOKT) kreditləşmə sahəsində, xüsusilə gündəlik kreditlərlə bağlı tələblərin sərtləşdirilməsi istiqamətində qərarlar qəbul edirik:
"Hər il, xüsusən də ilin ikinci yarısında bu sahədə məhdudlaşdırıcı tədbirləri daha da sərtləşdiririk.
Çünki hesab edirik ki, bu cür kreditləşmə əhalinin zəruri olmayan borclanmasına və izafi borc yükünün yaranmasına səbəb ola bilər. Bu il də həmin sahədə tələbləri sərtləşdirmək niyyətindəyik".
"Məqsədlərimizdən biri də faiz dərəcələrinə təsir göstərmək və onları daha məqbul səviyyəyə gətirməkdir. Bu kreditlərin faizlərinin adi kreditlərlə müqayisədə yüksək olması müəyyən mənada başadüşüləndir. Çünki onlar, adətən, 45 gün müddətinə verilir, şəxsiyyət vəsiqəsi əsasında rəsmiləşdirilir və məbləğləri böyük olmur. Bu, dünyada geniş istifadə olunan kredit məhsuludur. Sadəcə, biz onun həddindən artıq genişlənməsini istəmirik", - deyə sədr bildirib.














