Qeyri-bank kredit təşkilatları (BOKT) Azərbaycanın maliyyə bazarında vacib rol oynayaraq, xüsusilə kiçik və orta bizneslərin maliyyə ehtiyaclarını qarşılayır.
BOKT-ların müqayisəsi: Kim güclüdür - «Finca Azerbaijan», yoxsa BOKT «İnternational»? - RƏQƏMLƏR
BOKT-ların müqayisəsi: Kim güclüdür - «Finoko BОKТ», yoxsa «Para BOKT»? - RƏQƏMLƏR
BOKT-ların müqayisəsi: Kim güclüdür - «TBC Kredit BOKT», yoxsa «Kəpəz BOKT»? - RƏQƏMLƏR
BOKT-ların müqayisəsi: Kim güclüdür - «Regional BOKT», yoxsa «Finex Kredit BOKT»? - RƏQƏMLƏR
Sosial şəbəkələrdə passivliyinə görə geridə qalmış-BOKT-lar - SİYAHI
FED.az ölkənin bank olmayan kredit təşkilatları arasında ən aktivlərdən sayılan iki BOKT-un - «Finca Azerbaijan» MMC və «İnternational» ASC-nin fəaliyyətini müqayisə edib.
Son illər hər iki BOKT sürətlə böyüməkdə və kredit portfelini artırmaqdadır. Filial şəbəkəsinin geniş olması bu təşkilatların manevr etməsinə imkan yaradır. Beləliklə
«Finca Azerbaijan» MMC 2023-cü ili təqribən 62 milyon manatlıq aktivlərlə başa vurub. İl ərzində aktivlərin həcmi 12 milyon manata yaxın artıb. BOKT «İnternational» ASC-ninaktivlərində isə 7 milyondan çox artım olub və BOKT 36 milyon manataldək böyüyüb. Hər iki təşkilatda artım sürəti eyni olub – 23-24%.
Nəticədə ilin sonuna « Finca Azerbaijan» MMC rəqibini təqribən 2 dəfə, daha dəqiqi 26 milyon manat qabaqlayır.
Min manat |
Göstəricilər |
Min manat |
“İnternational” ASC |
BOKT-lar |
“Finca Azerbaijan” MMC |
36 107 |
Aktivlər 2023 |
61 963 |
28 961 |
Aktivlər 2022 |
50 108 |
24,6% / 7 146 |
Aktivlərin dəyişməsi (%/manat) |
23,6% / 11 855 |
Ümumiyyətlə son 5 ildə hər iki qurum byöüməkdədir. Xüsusilə «Finca Azerbaijan» devalvasiyada aldığı zərbədən sonra yenidən aktivləşməyə başlayıb və 2022-ci ildə təsiçilərinin dəstəyi ilə aktivlərini bir neçə qat artırıb.
Aktivlər Min AZN |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
“İnternational” ASC |
10 544 |
14 733 |
19 940 |
28 961 |
36 107 |
“Finca Azerbaijan” MMC |
15 963 |
15 415 |
21 100 |
50 108 |
61 963 |
Son 5 il ərzində aktivlərin artımı üzrə orta göstərici «Finca Azerbaijan» MMC-nin xeyrinə olsa da, davamlılıq baxımından BOKT «İnternational» ASC-nin artımı daha sabit xarakter daşıyır.
“İnternational” ASC |
Aktivlər dinamika |
“Finca Azerbaijan” MMC |
22,4% |
2019 |
91,3% |
39,7% |
2020 |
-3,4% |
35,3% |
2021 |
36,8% |
45,2% |
2022 |
137,4% |
24,6% |
2023 |
23,6% |
33,4% |
2018-2023 (orta) |
57,1% |
Öhdəliklərin həcminə görə «İnternational» ASC 2019 və 2020-ci illərdə irəli keçsə də, 2021-ci ildə «Finca Azerbaijan» MMC mövqeyini geri qaytarmağı bacarıb.
Öhdəliklər Min AZN |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
“İnternational” ASC |
9 772 |
11 760 |
14 556 |
22 915 |
25 768 |
“Finca Azerbaijan” MMC |
8 447 |
10 702 |
20 429 |
33 863 |
44 097 |
Kapital göstəricisi
«Finca Azerbaijan» MMC-nin 17,8 milyon manatlıq kapitalının 14,1 milyon manatı bölüşdürülməmiş mənfəətdir. BOKT sahibləri isə indiyədək bura kapital kimi, cəmi 3,7 milyon manata yatırıblar. Yəni bankın cəmi kapitalının üçdə bir hissəsini.
«İnternational» ASC-də vəziyyət fərqlidir. Səhmdarları indiyədək «İnternational» ASC-yə «Finca Azerbaijan» MMC-dən iki dəfə artıq vəsait yatırıblar 8 milyon manat.
Amma bir məqam var ki, 2023-cü ildə «Finca Azerbaijan» MMC-nin kapitalı 9,9% artdığı halda, «İnternational» ASC-də bu göstərici 70%-dən artıq olub.
Kapital Min AZN |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
“İnternational” ASC |
772 |
2 973 |
5 384 |
6 047 |
10 339 |
“Finca Azerbaijan” MMC |
18 690 |
15 501 |
15 443 |
16 245 |
17 866 |
BOKT-ların «çörək ağacı» - Kredit portfellərinin müqayisəsi
Hər iki BOKT-un kredit portfeli böyüməkdədir. «Finca Azerbaijan» MMC-nin kredit portfeli 2022-ci ildə 15,8 milyon manat və ya 54,4% artdıqdan sonra, 2023-cü ildə artım sürəti zəifləyib– 11,6 milyon manat və ya illik 25,9% artım.
BOKT «İnternational» ASC-də isə 2022-ci ildə artım sürəti 38% olduğu halda, 2023-cü ildə bu rəqəm 5,6 milyon manat və ya 23% artıb.
Kredit portfeli Min AZN |
2021 |
2022 |
2023 |
“İnternational” ASC |
17 752 |
24 602 |
30 280 |
“Finca Azerbaijan” MMC |
29 062 |
44 875 |
56 541 |
Əsas məsələ - hansı BOKT sahibinə daha çox qazanc gətirir?
Hər iki BOKT yüksək mənfəətlə işləyir. Xalis mənfəət göstəricisinə görə, «Finca Azerbaijan» MMC öz rəqibini üstələyir. Hər iki BOKT-un xalis gəliri artım tempi nümayiş etdirib.
Xalis mənfəət göstəricisi 2023-cü il üzrə «İnternational» ASC-də 1,2 milyon artaraq 2,7 milyona çatıb, artım 82,4% olub.
«Finca Azerbaijan» MMC-nin mənfəəti isə 641 min artaraq 3,9 milyona çatıb, artım 19,6% həcmindədir.
Xalis mənfəət Min AZN |
2021 |
2022 |
2023 |
“İnternational” ASC |
411 |
1 530 |
2 792 |
“Finca Azerbaijan” MMC |
2 610 |
3 267 |
3 908 |
5 ildə 26 milyon manat xalis mənfəət...
Ümumilikdə son 5 ildə «Finca Azerbaijan» 21 milyon manat xalis mənfəət əldə edib. BOKT-un orta illik mənfəət göstəricisi 4 milyon manatdır. Amma nəzərə alaq ki, bu məbləğin yarıdan çoxu, uzaq 2019-cu ildə baş verib. Sonradan fəaliyyətini kəskin azaldan BOKT yenilən canlanmağa başlayıb.
«İnternational» ASC isə bu dövrdə 5 milyon manat qazanıb. Orta illik mənfəət göstəricisi 1 milyon manat təşkil edib.
Xalis mənfəət Min AZN |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
“İnternational” ASC |
14 |
202 |
411 |
1 530 |
2 792 |
“Finca Azerbaijan” MMC |
11 081 |
673 |
2 611 |
3 267 |
3 908 |
Gəlirlilik göstəriciləri ROA və ROE üzrə: – «İnternational BOKT» ASC irəlidədir
Maliyyə təşkilatlarının fəaliyyətinin səhmdarlar üçün əsas göstəricilərindən biri - ROE əmsalı – bankın xalis mənfəətinin onun kapitalına nisbətidir. Bu göstərici üzrə müqayisədə «İnternational» ASC rəqibini xeyli qabaqlayır. 2023-cü ildə «İnternational» ASC-nin ROE göstəricisi 27% olduğu halda, «Finca Azerbaijan» MMC-də bu göstərici 21,8% olub. Təxminən eyni mütənasiblik həm də ROA əmsalında da müşahidə edilir.
Kapitalın gəlirliyi - ROE
ROE əmsalı |
2022 |
2023 |
“İnternational” ASC |
25,3% |
27% |
“Finca Azerbaijan” MMC |
20,11% |
21,8% |
Aktivlərin gəlirliyi– ROA
ROA əmsalı |
2022 |
2023 |
“İnternational” ASC |
5,2% |
7,7% |
“Finca Azerbaijan” MMC |
6,5% |
6,3% |
Filial şəbəkəsi və işçi sayı
BOKT-ların aktivliyini göstərən daha bir göstərici. Burada BOKT “İnternational” ASC rəqibini qabaqlayır. Belə ki, BOKT-un filiallarının sayı sürətlə artaraq 2021-ci ildəki 17-dən 2023-cü ildə 37-yə yüksəlib. Bu iki dəfədən çox artım deməkdir.
“Finca Azerbaijan” MMC-də bu göstərici 22-25 ətrafındadır.
İşçi sayında da rəqiblər təqribən eyni vəziyyətdədir. 2023-cü ilin sonuna hər iki qurumun işçilərinin sayı 300 nəfəri keçib.
Filial sayı |
2021 |
2022 |
2023 |
“İnternational” ASC |
17 |
24 |
37 |
“Finca Azerbaijan” MMC |
22 |
25 |
25 |
İşçi sayı |
2021 |
2022 |
2023 |
“İnternational” ASC |
222 |
252 |
301 |
“Finca Azerbaijan” MMC |
196 |
248 |
311 |
2024-cü ildə də rəqabət davam edir.
İlk yarımilliyin nəticələrinə görə Belə ki, "Finca Azərbaycan" aktivlərinə daha 10 milyon əlavə etməklə 71,7 milyon manata çatıb. BOKT "İnternational" ASC isə əksinə aktivlərini təqriğən yarım milyon manat azaldaraq 35,7 milyon manata endirib.
Kredit portfeli müqayisəsində də "Finca Azərbaycan" MMC üstünlüyə malikdir. Onun kredit portfeli təqribən 10 milyon manat artaraq 66 milyon manatı keçib. "İnternational" ASC-də isə bu rəqəm cəmi 2 milyon manat artaraq 32 milyon manatda sabitləşib.
Əvəzində mənfəət göstəricisində "İnternational" ASC rəqibini 4 dəfə üstələyir. "Finca Azərbaycan" MMC ilk 6 ayda 882 min manat mənfəət əldə etdiyi halda, "İnternational" ASC-nin mənfəəti 3 281 min manatdır, 3,7 dəfə artıq.
Nəhayət, BOKT-lar işçi sayını da artırırlar. 2024-cü ilin ilk yarım ilinin nəticələrinə görə, «Finca Azərbaycan»ın əməkdaşlarının sayı 339-ə, BOKT "İnternational" ASC-nin isə 323-ə çatıb.
2024-cü ilin ilk 6 ayının nəticələri daha detallı aşağıdakı cədvəldə
"İnternational" ASC BOKT |
Göstəricilər (manat) |
“Finca Azərbaycan” MMC BOKT |
36 |
Flial sayı |
25 |
323 |
Işçi sayı |
339 |
35 709 000 |
Aktivlərin həcmi |
71 749 000 |
23 458 000 |
Öhdəliklərin həcmi |
55 596 000 |
12 251 000 |
Kapitalın həcmi |
16 154 000 |
32 023 000 |
Kredit portfeli |
66 558 000 |
3 281 000 |
Mənfəət/zərər |
882 000 |