Azərbaycanda 2015-ci ildən matras istehsalı ilə məşğul olan "KOMFY" şirkəti dövlət və özəl sektorun böyük təchizat layihələri ilə işləyəcək Korporativ Satış üzrə Mütəxəssis axtarır.
Vakansiya: Korporativ Satış üzrə Mütəxəssis
Şərtlər:
Bu işdə siz nə edəcəksiniz?
- Yerli və regional hotellər, sanatoriyalar və korporativ müştərilərlə uzunmüddətli B2B tərəfdaşlıqlar qurmaq;
- Dövlət və özəl sektorun elan etdiyi tenderlərdə (döşək və yataq sistemləri üzrə) iştirak etmək, texniki şərtləri analiz etmək və kommersiya təklifləri hazırlamaq;
- Müştərilərin fərdi tələblərinə uyğun OEM və özəl brend (Private Label) sifarişlərinin istehsalatla koordinasiyasını təmin etmək;
- Müqavilə danışıqlarını aparmaq, satış hədəflərini icra etmək və mövcud korporativ portfeli genişləndirmək.
Bizim üçün vacib olan tələblər:
- Korporativ satış (B2B) sahəsində minimum 2-3 il real iş təcrübəsi;
- Hotellərlə (HoReCa sektoru) birbaşa işləmə və satış təcrübəsi (mütləqdir);
- Dövlət və korporativ tenderlərlə işləmə təcrübəsi (sənədləşmə, qiymət təkliflərinin hazırlanması, satınalma prosedurlarını bilmək mütləqdir);
- Güclü danışıqlar aparmaq, təqdimat etmək və qərarverici şəxslərlə (procurement, GM, təchizat rəhbərləri) ünsiyyət qurmaq bacarığı;
- Azərbaycan dilini mükəmməl bilmək (Rus və İngilis dilləri üstünlükdür).
KOMFY sizə nə təklif edir?
- Bazarda rəqabətqabiliyyətli sabit əməkhaqqı + yüksək satış bonusları (KPI);
- İstehsalat gücü, 10 illik korporativ zəmanəti və keyfiyyəti ilə arxasında tam dayana biləcəyiniz güclü yerli brend;
- Peşəkar və çevik komanda mühiti.
Özünüzü bu rolda görürsünüzsə və ya ətrafınızda bu təcrübəyə malik güclü mütəxəssis tanıyırsınızsa, CV-nizi [email protected] ünvanına mövzu yerində "Korporativ Satış üzrə Mütəxəssis" qeyd edərək göndərə bilərsiniz.
Qeyd edək ki, "KOMFY" şirkəti beynəlxalq standartlara cavab verən yeni açılan fabrikində yerli və beynəlxalq hotel şəbəkələri üçün - 5 ulduzlu hotellərin ən yüksək tələbləri də daxil olmaqla 65sm hündürlüyə qədər matraslar istehsalı edir.














