2022-ci ilin 3-cü rübündə Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının – BOKT-ların xalis mənfəəti 4 dəfədən çox artıb.
Eləcə də bax: Mərkəzi Bank: BOKT-larda təmərküzləşmə əlaməti - MÜŞAHİDƏ EDİLİR
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən 55 BOKT-un ümumi xalis mənfəəti 23,7 milyon manat olub. Ötən ilin eyni dövründə isə bu göstərici 5,6 milyon manat idi.
Bu il BOKT-ların həm faiz, həm də qeyri-faiz gəlirləri ötən illə müqayisədə böyük olub.
Belə ki, faiz gəlirləri ötən il 52,3 milyon manat olduğu halda, bu il 69,2 milyon manata yüksəlib.
Qeyri-faiz gəlirləri isə ötənilki 9,6 milyon manatdan, bu il 14 milyon manata yüksəlib.
Paralel olaraq BOKT-ların faiz xərcləri (7,9 milyondan 12,5 milyon manata) və qeyri-faiz xərcləri (35 milyondan 42,6 milyon manata) yüksəlib.
Nəticədə qeyri-bank sektorunun əməliyyamt mənfəəti ötənilki 19 milyon manatdan bu il 28 milyon manat yüksəlib.
BOKT-lara daha bir dəstək ehtiyata ayrılan vəsaitlərin azalması olub. Ötənil bu göstərici 11,5 milyon manat olduğu halda, bu il həmin göstərici 5 dəfə azalaraq 2,5 milyon manata enib – bu da BOKT-ların ümumi kredit portfelinin «təmizləndiyini» göstərir.
1,5 milyon manatlıq mənfəəti vergisi ödənişindən (ötən il 1,5 milyon manat idi) sonra BOKT-lar 2022-ci ilin 3-cü rübünü 23,7 milon manat xalis mnfəətlə tamamlayıblar. Ötən il isə bu göstərici 5,6 milyon manat olmuşdu.