Azərbaycanda iri biznes strukturlarından olan «AĞA Qrup»a məxsus «City Finance BOKT» MMC bank olmayan kredit təşkilatı 2021-ci ilin nəticələrini açıqlayıb.
Eləcə də bax: 7 işçisi var 80 min manat pul qazanıb - BOKT HESABATI
FED.az xəbər verir ki, 2021-ci ildə şirkətin əsas göstəricilərində ciddi artım baş verib.
Əvvəla şirkət 2 dəfədən çox böyüyüb – onun aktivləri 2020-ci ildə 7,8 milyon manat olduğu halda 2021-ci ilin sonunda bu rəqəm 18,7 milyon manata yüksəlib.
Əsas artım kredit portfelinin hesabınadır – kredit portfeli 10 milyon manatdan çox, yəni təqribən 2,4 dəfə artaraq 7,4 milyondan 18 milyon manata yüksəlib.
Kredit portfelinin böyük hissəsi fiziki şəxslərə verilən istehlak kreditləridir. Ümumi kredit portelindən 2,3 milyon manat hüquqi şəxslərə, 16,2 milyon manat fiziki şəxslərə çatıb. Hüquqi şəxslərə verilən kreditlər cəmi 50% artdığı halda, fiziki şəxslər üçün istehlak kreditləri 70%-dən çox, avtomobil kreditləri isə 18 dəfə artaraq 340 mindən 6 milyon manata yüksəlib.
Amma kredit portfelin artırmaq üçün «City Finance BOKT» özü də böyük məbləğdə borc götürüb. 2021-ci ildə BOKT-un borcları 5 dəfə artaraq 2,15 milyon manatdan 11,15 milyon manata yüksəlib.
«City Finance BOKT» MMC borcu əsasən iki mənbədən götürür – «Ferrum Capital» və banklar. BOKT-un «Ferrum Capital»a ötən il də borcu olub (2,15 milyon), 2021-ci ildə isə bu məğbləğ 4 dəfə artıraq 8,6 milyona yüksəlib. Banklardan isə BOKT 2021-ci ildə kredit götürməyə başlayıb, indiyədək artıq 2,5 milyon kredit borcu mövcuddur.
Maraqlıdır ki, 2021-ci ildə «City Finance BOKT» öz ayırdığı 18 milyon manatlıq kredit portfeli üzrə 2,5 milyon manat faiz gəliri əldə edib, amma özünün götürdüyü 11 milyon manatlıq kredit portfeli üzrə 20 min manat faiz ödənişi edib.
Əldə edilən gəlirlərin təqribən yarısı nizamnamə kapitalının artırılmasna sərf edilib – 5,5 milyon manatdan 7,2 milyona yüksəlib. BOKT artıq iki ildir ki, mənfəətə dəymir və əldə edilən bütün mənfəəti kapitalın artımına yönəldir.
Ümumilikdə BOKT 2021-ci ildə 2,9 milyon manat faiz gəliri əldə edib. Digər gəlir və xərcləri, o cümlədən əməliyyat xərclərini (800 min manat) nəzərə aldıqda vergidən əvvəlki mənfəət 2 milyon 140 min manat, 440 min manat vergi ödənişindən sonra isə xalis mənfəəti 1,7 milyon manat olub.
Bu əvvəlki illə müqayisədə 3 dfə artıqdır.