2020-ci ilin sentyabr ayında təsis edilmiş, həmən ilin dekabr ayında lisenziya almış “Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC 2021-ci ili 80 min 35 manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2020-ci ili 48 manat zərər ilə bağlamışdı.
FED.az xəbər verir ki, 2021-ci ildə “Optimal Finance"ın cəmi gəlirləri 368 min 160 manat, cəmi xərcləri 288 min 124 manat təşkil edib. 2020-ci ildə təşkilat gəlir əldə etməmişdi.
Ötən ilin sonunda “Optimal Finance"ın portfeli (uzunmüddətli debitor borclar) 1 milyon 199 min 35 manata çatıb.
300 min manat nizamnamə kapitalı olan “Optimal Finance"ın təsisçiləri Elçin Əsgərli (50%), Fərid Eynullayev (30%) və Yusif İbrahimovdur. (Marja)