Banner

Qeyri-Bank

1 həftə əvvəl 10 min idi, indi 18 mindir

1 həftə əvvəl 10 min idi, indi 18 mindir | FED.az
09:36 8 Dek 2017
Bitkoin bahalaşmaqda davam edir.

FED.az xəbər verir ki, bu gün saat 08:54 –də kriptovalyuta sutka ərzində 2 189 dollar və ya 15% bahalaşaraq 14 572 dollardan 16 761 dollara yüksəlib. Birjalarda hansısa alətin belə sürətli bahalaşması müşahidə edilməyib. Belə ki, bitkoin 10 min dollarlıq həddi iki gün əvvəl - dekabrın 1-də səhər saatlarında keçmişdi. Həmin vaxt bu böyük artım və rekord sayılırdı. İndi isə ötən dövr ərzində bitkoinin qiymətində 6 729 dollar və ya 66% artım baş verib.

Qeyd edək ki, bitkoinin bu gün saat 05:54 -ə olan göstəricisi 18 353 dolları keçib. Bitkoin bu günün ayın 7-nə olan göstəricisi ilə müqayisədə 25% və ya 3 781 dollar bahalaşıb.

Digər xəbərlər

Banner