İtaliya parlamentinin aşağı palatası sintetik (süni) qida məhsullarının istehsalı, idxalı və satışının qadağan edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsinə başlayıb. Bundan əvvəl müvafiq təklif yuxarı palatada (Senatda) artıq təsdiqlənmişdi.
Süni qidalar artıq bazarı ələ keçirir – YENİ ŞİRKƏTLƏR VƏ MƏHSULLAR
FED.az xəbər verir ki, beləliklə, İtaliya sintetik qida məhsullarını qadağan edən ilk ölkə olacaq.
Bu təşəbbüsü Kənd təsərrüfatı naziri Françesko Lollobrigida dəstəkləyib. Qanunvericilik təşəbbüsünə təkan İtaliyanın kənd təsərrüfatı istehsalçılarının Coldiretti assosiasiyası tərəfindən verilib, o, məlumat kampaniyası keçirib və qanun layihəsini dəstəkləmək üçün 2 milyondan çox imza toplayıb. Onun sözlərinə görə, dörd italiyalıdan üçü (74%) “laboratoriyada yaradılmış qida”nın yayılmasını istəmir.
Coldiretti-nin rəbəri Ettore Prandini Coldiretti-nin Avropa qurumlarını daha ayıq-sayıq olmağa çağırıb.
O, həmçinin xatırladıb ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının süni qidalar üzərində apardığı araşdırmalar xəstəliklərin ötürülməsi, heyvan infeksiyaları və mikroblarla çirklənmə ilə bağlı risklərə işarə edir.
Coldiretti-nin təqdim etdiyi hesablamalara görə, istehsal olunan hər 1 kq sintetik ətə görə ayrılan karbon qazının nisbəti ənənəvi heyvandarlıqdan 4-25 dəfə çoxdur.
Əvvəllər İtaliya hökuməti supermarketlərdə həşərat tozu əlavələri olan unu uzaqlaşdırmaq və ayrı-ayrı rəflərdə yerləşdirmək qərarına gəlib. (Marja)