Dünyanın qida sənayesində bir neçə il əvvəl başlayan süni qida dalğası getdikcə genişlənməkdədir.
Azərbaycanda yeni meyvə emalı zavodu yaradılır - 16 MİLYON MANATLIQ LAYİHƏ
FED.az xəbər verir ki, getdikcə daha çox şirkət süni ət, süd və digər məhsulların istehsalına qoşulur. Ən əsası - bu sahəyə artıq iri investisiyalar axmağa başlayıb.
Çilinin «NotCo» şirkəti bitki mənşəli bir protein şirkətidir, bitkilərdən süd, mayonez, dondurma və burger istehsal edir. Onlar indiyə qədər 120 milyon dollar qazanıblar və buna Süni İntellekt vasitəsilə yeni məhsul reseptlərini təhlil etməyə və inkişaf etdirməyə kömək edən Giuseppe sayəsində nail olublar.
«NotCo»nu bu sahədə çalışan başqa şirkətlərdən fərqləndirən əsas məqam – buraya Bezosun yatırım etməsidir. «Amazon» sahibinin yatırımı təkcə «NotCo» şirkətinə deyil, bütün süni qida sektoruna inamı artırıb.
İndi isə «NotCo» şirkəti ABŞ, Kanada və Meksikaya genişləndikləri üçün 1 milyard dollar dəyərində qiymətləndirmə gözləyirlər.
Süni qida şirkətləri artır
Protein sahəsinin lider investoru olan Lever VC-yə görə, bitki mənşəli ət və süd sənayesi ümumilikdə 22 milyard dollar dəyərindədir və sürətlə böyüyür. Bu şirkətlər süni ət, süni süd və qaymaqla yanaşı, süni yumurta da buraxır.
Just Inc şirkəti (bitki əsaslı yumurta) bazar dəyəri 1 milyard dollardan artıqdır.
Beyond Meat şirkəti (bitki mənşəli ətlər) bazar dəyəri 8,8 milyard dollardır.
Oatly (yulaf südü) bu yaxınlarda 200 milyon dollar toplayaraq 2 milyard dollara çatdı və indi də və 10 milyard dollarlıq IPO hədəfə alıb.
Süni «veqan» qidalar sənayesinin ildə 31% böyüməsi və qarşıdakı 10-15 ildə 85-140 milyard dollar səviyyəsinə çatacağı gözlənilir. Üstəlik və çox güman ki, bu yolda bir neçə yeni milyard dollarlıq şirkətlər də yaranacaq.
Çili də bazara daxil oldu
Burada başqa bir maraqlı məqam da var: «NotCo» 1 milyard dollar dəyərində qiymətləndirilsə, bu Çilinin ilk “unicorn” startapı olacaq. Yəni bu bazarda irəliləyiş təkcə inkişaf etmiş ölkələrdə deyil.
Pandemik çətinliklərə baxmayaraq, 2020-ci ildə Latın Amerikasında süni qidalar üzrə rekord sayda - 488 müqavilə bağlanıb, Meksika və Uruqvay ilk milyard dollarlıq startaplarını buraxıb.
İndiyə qədər yalnız Çili, Braziliya, Argentina və ABŞ-da fəaliyyət göstərən «NotCo», daha yaşıl otlaqlara köçdükcə 2021-ci ildə satışların 4 qat artacağını proqnozlaşdırır.