Azərbaycanın 2027–2030-cu illər üzrə yeni sosial-iqtisadi inkişaf Strategiyasının layihəsi hazırlanıb.
FED.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində onun sədrliyi ilə keçirilmiş iclasda bildirib.
Onun sözlərinə görə, eyni zamanda Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi də hazırlanaraq İqtisadi Şurada müzakirə edilib və Prezidentə təqdim olunub.
Sənədə görə, yeni dövlət proqramları nəzərə alınmaqla Strategiya üzərində son tamamlanma işləri aparılır və onun yaxın aylarda təsdiqlənməsi gözlənilir.













