“Kontakt” mağazalar şəbəkəsinin ən sevilən, ən sevindirən və on minləri qazandıran “Şeş-Qoşa” kampaniyasında növbəti elektromobil öz şanslı sahibini tapıb.
Belə ki, “Kontakt”ın Ayna Sultanova mağazasına PlayStation 5 almaq üçün gələn Elvin Həsənov məhsul dəyərinin 100%-i geri alıb, üstəlik həftənin finalında “Şeş-qoşa” ataraq builki kampaniyada ikinci elektromobilin sahibi olub.
Sadəcə "Şeş-qoşa" atmaqla ilin avtomobili - “Volkswagen ID.4”-ü pulsuz aparan Elvin bəy sevinc emosiyalarını gizlədə bilməyib.
“Kontakt”ın Ayna Sultanova mağazasına PlayStation 5 almaq üçün gəlmişdim. Dostum da yanımda idi. Elə zərləri də mənim yerimə o atdı. Çox sevinirəm. Maşını dostumla növbəli sürəcəyik.”
Qeyd edək ki, Elvin bəydən başqa daha 7 nəfər finalda bəxtini sınayıb, qalib olmağa çox yaxın olsalar da zərlər Elvin bəyin üzünə gülüb. Digər iştirakçılar isə məbləğin 100%-i geri almaqla kifayətləniblər.
İyunun ayında başlayan kampaniyada artıq minlərlə insan iştirak edərək ümumilikdə 504 233 manatlıq uduş əldə edib.
Əgər siz də adınızı bəxtəvərlərin siyahısına yazdırmaq istəyirsinizsə, şəbəkənin istənilən mağazasına yaxınlaşıb həm sərfəli imkanlardan yararlana, həm də kampaniyada iştirak haqqı qazana bilərsiniz. Belə ki, siz də şeş atıb:
- Aldığınız məhsulun dəyərini 100%-dək geri alın;
- Ən əsası isə, şeş-qoşa ataraq, “Volkswagen ID.4” elektromobilini pulsuz aparın!
Onu da qeyd edək ki, kampaniyada iştirak – nağd, 3 dəfəyə ödə və kredit alışlarına şamil olunub. Ətraflı məlumat üçün bu keçidə daxil ola, yaxınlıqdakı mağazanı isə buradan müəyyən edə bilərsiniz.