Süni intellkt sahəsində müşahidə olunan bum mütəxəssislərə tələbatı və ona uyğun olaraq maaşları kəskin artırıb.
FED.az xəbər verir ki, dünyanın aparıcı suni intellkt şirkətlərindən olan «OpenAI» şirkətində illik maaşlar 500 min dollara yüksəlib. Üstəlik, şirkət yüksək maaşlı əməkdaşlarına şitrkətin səhmlərini də bağışlamağa hazırdır.
Qeyd edək ki, «OpenAI» şirkəti dünyanın məşhur suni intellkt agenti olan «ChatGPT»-nin yaradıcısıdır. Şirkətin sonuncu dəfə açıqlanan vakansiyalarında baza əmək haqları illik 117 min dollardan başlayaraq 500 min dollara yüksəlir. Üstəlik buraya şirkətin səhmlərindən pay və illik bonuslar da əlavə olunur.
Bu şərtlər şirkətin elan etdiyi robototexnika, proqram təminatı və datanın emalı və prototipləşmə sahəsindəki vakansiyalara aiddir.
Ən yüksək əmək haqqı robototexnika sahəsindədir – burada məbləğ 500 min dollara yüksəlir. Vakansiyanın vəzifəsi öyrədici məlumatların emalı üçün baza infrastrukturunun yaradılmasını nəzərdə tutur.
Maaşların yüksəlməsi ilə yanaşı, suni intellekt sahəsində işçilərin cəlb edilmə sayı da artır. Avqustda vakansiya sayı may ayına nisbətən 2,5 dəfə artıb.
Hərçənd şirkətdən pay almaq üçün burada fasiləsiz 5 il işləmək tələb olunacaq.
Bundan başqa, «OpenAI» şirkəti səxavətli güzəşt paketi elan edir, buraya 401 min dollarlıq pensiya planı, uşağa baxmaq üçün şirkət tərəfindən haqqı ödənilən 24 həftəlik məzuniyyət və ofisdə pulsuz yemək də aiddir.
Ən bahalı vakansiya isə maşın öyrənməsi sahəsinə aid mühəndislərə təkli edilir. Bu vankansiya üzrə baza əmək haqqı illik 500 min dollardır.
Vakansiyalar daxilində laborantlar, eləcə də bu sahə üzrə ixtisaslaşmış hüquqşunas da var.
Bir qədər əvvəl şirkətin rəhbəri Sem Altman bildirmişdi ki, şirkət insanabənzər robotlar hazırlamiaq niyyətindədir. Belə robotlar müxtəlif müəssisələrlə yanaşı, insanlara da satılacaq və onlara məişət işlərində kömək edəcək.












