Apple-ın yeni iPhone 18 Pro modelinin satışına start verilib.
FED.az xəbər verir ki, yeni modelin ilk satışının gecə yarısı başlaması ilə alıcılar mağazalara axın ediblər.
iPhone 18 Pro-ya yüksək maraq səbəbindən satışın ilk dəqiqələrindən etibarən bəzi mağazalarda sıxlıq və növbələr müşahidə olunub.
Yeni nəsil iPhone-u ilk əldə edənlər arasında olmaq istəyən alıcılar gecə saatlarından mağazalara üz tutublar. Satışın başlanması ilə mağazalarda xüsusi canlanma yaranıb.
iPhone 18 Pro-nun ilk satışından görüntüləri fotolarda təqdim edirik:


















