“Xətai-Rabitə-Tikinti” ASC 2024-cü ilin yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin əməliyyat gəliri 27,4 min manat təşkil edib. Bu, ötən ilə nisbətən 771 manat (2,9%) artımdır.
Maya dəyəri 9,3 min manata yüksəlib. Bu da illik müqayisədə 2,8 min manat (42,0%) artım deməkdir.
Nəticədə şirkətin əməliyyat mənfəəti illik 2,0 min manat (9,9%) azalaraq 18,1 min manata enib.
Hesabat dövründə toplam əməliyyat xərcləri 30,1 min manat olub. Bu da illik 1,9 min manat (5,8%) azalmadır.
Amortizasiya xərcləri 874 manat (16,7%) azalaraq 4,3 min manata düşüb.
Əmək haqqı və bununla bağlı xərclər 20,5 min manat təşkil edərək 2,6 min manat (11,1%) azalıb.
Digər əməliyyat xərcləri isə 5,2 min manata yüksələrək 1,6 min manat (42,8%) artıb.
Bütün bunların yekununda, şirkət 2024-cü ili 12,0 min manat xalis zərərlə başa vurub. Bu, ötən ilin nəticəsi ilə demək olar ki, eynidir .
“Xətai-Rabitə-Tikinti” ASC ötən il 597,4 min manat cəmi aktivlərə malik olub. Bu, 2023-cü ilin sonu ilə müqayisədə 4,2 min manat (0,7%) çoxdur.
Cəmi uzunmüddətli aktivlər 45,1 min manata enib. Bu da illik 4,3 min manat (8,8%) azalmadır.
Bina, torpaq, tikili və qurğular 37,8 min manat təşkil edərək il ərzində 2,0 min manat (5%) azalıb.
Nəqliyyat vasitələri isə 2,4 min manat (24,4%) azalaraq 7,3 min manata düşüb.
Cəmi qısamüddətli aktivlər isə 552,3 min manata yüksəlib. Bu, illik 8,5 min manat (1,6%) artımdır.
Ehtiyatlar 3,8 min manat olub. Bu, illik 742 manat (16,5%) azalmadır.
Pul vəsaitləri 423 manat təşkil edərək il ərzində 144 manat (51,5%) artıb.
Debitor borcları və verilmiş avanslar 68,5 min manata bərabər olmaqla son bir ildə 2,9 min manat (4,0%) azalıb.
Digər qısamüddətli aktivlər isə 479,6 min manat olub ki, bu da illik 12,0 min manat (2,6%) artımdır.
Cəmi öhdəliklər 325,8 min manat təşkil edib. Bu da illik 4,2 min manat (1,3%) artımdır.
Şirkətin uzunmüddətli öhdəliyi olmayıb.
Alınmış avanslar 1,2 min manatdan sıfıra enib.
Dövlət büdcəsi qarşısında öhdəliklər 48 manat (9,2%) azalaraq 473 manata düşüb.
Kreditor borcları isə 325,3 min manata bərabər olub. İl ərzində 5,4 min manat (1,7%) artıb.
Cəmi kapital 271,6 min manat səviyyəsində dəyişməz qalıb.
Nizamnamə kapitalı 46,6 min manat, kapital ehtiyatları isə 225 min manat olaraq dəyişməyib.