"Təmiz Qaz" ASC şirkəti 2024-cü ilin maliyyə hesabatını açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "Təmiz Qaz" ASC yeraltı, yerüstü qaz kəmərlərinin texniki baxışını və təmir işlərini həyata keçirir.
2024-cü ildə Şirkətin əsas əməliyyat gəlirləri 34,1 milyon manat təşkil edib. Bu, 2023-cü ilə nisbətən 5,2 milyon manat (13,3%) azdır. Satışın maya dəyəri 2,3 milyon manata enib. Bu da illik müqayisədə 335,2 min manat (12,7%) azalmadır.
Nəticədə "Təmiz Qaz" ASC-nin ümumi mənfəəti 31,8 milyon manata enib.
Ötən il şirkətin inzibati xərcləri 19,3 milyon manata enib. Bu, 2023-cü ilin göstəriciləri ilə müqayisədə 2,5 milyon manat (11,4%) azdır. Bu amillərin birgə təsiri ilə əməliyyat mənfəəti də 2,5 milyon manat azalaraq 12,5 milyon manata enib.
İşçi heyəti üzrə xərclər 13,5 milyon manat təşkil edərək cüzi (317 min manat) azalıb.
Hesabat dövründə "Təmiz Qaz" ASC-nin maliyyə mənfəəti 6,5 min manat təşkil edib. Bu da 2023-cüildəki mənfəətdən 3,7 min manat (36,3%) azdır.
Şirkətin vergidən əvvəlki mənfəəti 12,5 milyon manat, mənfəət vergisi isə 2,5 milyon manat təşkil edib. Bölüşdürülməmiş mənfəət üzrə xərclər 111,6 min manat olub.
Bütün bunların yekununda, şirkət 2024-cü ili 9 milyon 876 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin nəticəsindən 2 milyon 85 min manat və ya 17,4% azdır.
"Təmiz Qaz" ASC ötən ilin sonunda 10,1 milyon manat cəmi aktivlərə malik olub.Aktivlər 2023-cü ilin sonu ilə müqayisədə 1,4 milyon manat (12,1%) kiçilib.
Cəmi uzunmüddətli aktivlər 2,7 milyon manat olub. Bu da illik 680,9 min manat (20,1%) azalmadır.
Ən kəskin dəyişiklik qeyri-maddi aktivlərdə baş verib. Bu aktivlər 2,6 milyon manata bərabər olub. İl ərzində bu aktivlər 2,5 milyon manat (29,1 dəfə) artıb.
Torpaq, tikili və avadanlıqlar isə 3,2 milyon manat (43,1 dəfə) azalaraq 76,7 min manata enib.
Cəmi qısamüddətli aktivlər isə 7,4 milyon manat təşkil edib. Bu, illik 703,9 min manat (8,7%) azalmadır.
Ehtiyatlar 140 min manat (10,1%) artımla 1,5 milyon manata yüksəlib.
Debitor borcları 5,0 milyon manat təşkil edərək 2,8 milyon manat (35,4%) azalıb.
Pul vəsaitləri isə 2 dəfə azalaraq 950 min manatdan 460 min manata enib.
2024-cü ildə "Təmiz Qaz" ASC-nin cəmi öhdəliklər 1,6 milyon manat təşkil edib. Bu da illik 625,2 min manat (28,6%) azalma deməkdir.
Şirkətin uzunmüddətli öhdəliyi olmayıb.
Vergi və sair məcburi ödənişlər 325,9 min manata enərək 749,6 min manat (2,3 dəfə) azalıb.
Kreditor borcları 262,7 min manata enərək 72,4 min manat (21,6%) azalıb.
Sair qısamüddətli öhdəliklər isə 1,0 milyon manat olub ki, bu da illik 258,0 min manat (33,0%) artımdır.
Cəmi kapital 8,5 milyon manat olub. Bu isə son bir ildə 759,5 min manat (8,2%) azalmadır.
Nizamnamə kapitalı 2,0 min manat səviyyəsində dəyişməz qalıb.
Bölüşdürülmüş mənfəət isə 759,5 min manat (8,2%) azalaraq 8,5 milyon manata düşüb.