"Protean Construction" ASC 2023-cü il üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, tikinti şirktəi ötən il müqavilələr üzrə 70 milyon 869 min manat gəlir əldə edib, 37 milyon 378 min manat xərc çəkib, nəticə də ümumi mənfəəti 33 milyon 491 min manata bərabər olub.
İllik müqayisədə gəlirlər 27 milyon 399 min manat (63%), xərclər 15 milyon 348 min manat (69,7%), ümumi mənfəət 11 milyon 50 min manat (49%) artıb.
Tikinti şirkətinin ümumi və inzibati xərcləri 2 milyon 32 min manata bərabər olub ki, bu da illik müqayisədə 570 min manat (39%) artım deməkdir.
Əməliyyat mənfəəti isə son bir il ərzində 2 milyon 422 min manat (62,6%) artaraq 31 milyon 459 min manata çatıb.
Şirkətin mənfəət vergisindən başqa digər vergi ödəmələri 425,3 min manat, xarici valyuta zərəri 13,1 min manat, digər xalis xərcləri 70,4 min manat təşkil edib.
Son bir il ərzində mənfəət vergisindən başqa digər vergi ödəmələri 255,2 min manat (2,5 dəfə) artıb, xarici valyuta zərəri 13,9 min manat (2,1 dəfə) azalıb, digər xalis xərcləri 9,9 min manat (16,4%) artıb.
6 milyon 294 min manatlıq mənfəət vergisi ödənişindən sonra tikinti şirkəti 2023-cü ili 24 milyon 825 min manat xalis mənfəətlə başa vurub.
Mənfəət vergisi ödəmələri 2 milyon 422 min manat (62,6%), xalis mənfəət 9 milyon 296 min manat (89,9%) artıb.
"Protean Construction" ASC ötən il 59 milyon 153 min manat cəmi aktivlərə malik olub.Aktivlər son bir il ərzində 10 milyon 849 min manat və ya 22,5% artıb.
Öhdəliklər isə 4 milyon 46 min manat (24%) azalaraq 12 milyon 835 min manata düşüb.
Balans kapitalında 14 milyon 895 min manat, başqa sözlə47% artım qeydə alınıb və ötən ilin sonuna 46 milyon 318 min manata çatıb.
Ötən ilin sonuna şirkətin 46 milyon 157 min manat bölüşdürülməmiş mənfəəti olub. 2022-ci ildə 31 milyon 423 min manat idi.