"Ferrum Kapital” QSC 2024-cü ilin yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb.
FED.az xəbər verir ki, şirkət 2024-cü ili 2 milyon 708 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin nəticəsindən 443 min manat və ya 19,6% çoxdur.
Şirkətin faiz gəlirləri 22,5 milyon manat təşkil edib. Bu, ötən ilə nisbətən 4,5 milyon manat (24,7%) artımdır.
Faiz xərcləri 5,6 milyon manata yüksəlib. Bu da illik müqayisədə 1,1 milyon manat (25,2%) artımdır.
Nəticədə faiz gəlirləri üzrə xalis marja 16,9 milyon manata yüksəlib. Bu, illik 3,3 milyon manat (24,6%) artımdır.
Hesabat dövründə gözlənilən kredit zərərləri üzrə ehtiyat xərci 4,2 milyon manat olub. Bu da illik 1,4 milyon manat (48,9%) artım deməkdir.
İnzibati və digər əməliyyat xərcləri 8,7 milyon manat təşkil edib ki, bu da son bir il ərzində 1,6 milyon manat (22,6%) artıma bərabərdir
Bu amillərin birgə təsiri ilə şirkətin vergidən əvvəlki mənfəəti 3,4 milyon manat olub. Bu, 2023-cü ilin göstəriciləri ilə müqayisədə 563 min manat (19,8%) çoxdur.
Mənfəətin artması ilə əlaqədar olaraq, mənfəət vergisi xərci də 693,5 min manat olub.
Şirkətin cəmi aktivləri 75,6 milyon manata çatıb. Bu, əvvəlki ilin sonu ilə müqayisədə 16,9 milyon manat (28,7%) çoxdur.
Cəmi uzunmüddətli aktivlər 16,6 milyon manat olub. Bu da illik 5,2 milyon manat (46,4%) artımdır.
Əlaqəli tərəflərdən alınacaq məbləğlər 15,0 milyon manata bərabər olub. İl ərzində 4,3 milyon manat (40,3%) artım qeydə alınıb.
Təxirə salınmış vergi aktivi isə 3,8 milyon manata çatıb, illik isə 1,4 milyon manat (56,7%) artım baş verib.
Cəmi qısamüddətli aktivlər isə 59,0 milyon manat təşkil edib. Bu isə illik 11,7 milyon manat (24,7%) artımdır.
Müştərilərə verilmiş kreditlər və avanslar 50,6 milyon manata yüksələrək 10,4 milyon manat (25,9%) artıb.
Pul vəsaitləri 3,8 milyon manata çataraq 605,6 min manat (18,9%) artıb.
Digər maliyyə aktivləri 514,9 min manat (5,2 dəfə) artaraq 637,4 min manata yüksəlib.
Digər aktivlər 69,6 min manata enərək 57,4 min manat (45,2%) azalıb.
Törəmə maliyyə aktivləri isə 242,2 min manat (38,3%) azalaraq 391 min manata düşüb.
Cəmi öhdəliklər 67,1 milyon manat təşkil edib. Bu da illik 14,3 milyon manat (27,0%) artımdır.
Müddətli borc öhdəlikləri 43,7 milyon manat olub. Bu, illik 1,4 milyon manat (3,3%) artımdır.
Buraxılmış borc qiymətli kağızları 13,8 milyon manat təşkil edib. İllik 6,3 milyon manat (84,7%) artım qeydə alınıb.
Biznes tərəfdaşlarına ödənilməli vəsaitlər 1,7 milyon manata çataraq 763,3 min manat (82,6%) artıb.
Hesabat dövründə yeni maddələr kimi 600,0 min manatlıq təsisçi istiqrazları və 5,1 milyon manatlıq əlaqəli tərəflərə ödəniləcək məbləğlər yaranıb.
Cəmi kapital 8,5 milyon manata yüksəlib. Bu isə son bir ildə 2,6 milyon manat (44,1%) artımdır.
Bu artımın yeganə səbəbi, bölüşdürülmüş mənfəətin 8,5 milyon manata yüksələrək 2,6 milyon manat (44,1%) artmasıdır.