Azəbaycanda pomidor və digər tərəvəzlərin yetişdirilməsi və ixracını həyata keçirən "BQ Aqro" QSC 2022-ci ilin maliyyə nəticələrini açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, “BQ Aqro” 781 min manat xalis zərər ilə başa vurub. Şirkət 2021-ci ili 1 milyon 125 min manat xalis mənfəət ilə bağlamışdı. Hesabat dövründə şirkət mənfəət vergisi ödəməyib.
"BQ Aqro" QSC-nin satışdan gəlirləri 2022-ci ildə 2 milyon 151 min manat təşkil edib. Gəlirlər son bir ildə 737 min manat və ya 25,5% artıb.
Satışın maya dəyəri isə 1 milyon 17 min manat və ya 2,9 dəfə artaraq 1 milyon 548 min manat təşkil edib.
Hesabat dövründə şirkət 603,4 min manat ümumi mənfəət əldə edib ki, bu da 2021-ci illə müqayisədə 1 milyon 755 min manat (3,9 dəfə) azalıb.
Kommersiya xərcləri də 151,1 min manat və ya 12,3% artaraq 1 milyon 229 min manata yaxınlaşıb.
Ümumilikdə gəlirin artması və xərclərin çoxalması şirkətin zərər etməsi ilə nəticələnib.
2022-ci ildə “BQ Aqro” şirkətinin aktivləri 7 milyon 876 min manat aktivlərə malik olub. Akitvlər isə son bir ildə 236,4 min manat (3,1%) artıb.
Öhdəliklər isə 1 milyon 528 min manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 570,7 min manat (59,6%) artıb.
Balans kapitalının həcmi isə 333,2 min manat 5% azalaraq 6 milyon 682 min manata düşüb.