"Memorial Klinik" MMC 2022-ci ilin maliyyə hesabatını açıqlayıb.
- Azərbaycanda sərnişinləri vertolyotlarla daşıyan şirkətin - XALİS MƏNFƏƏTİ İKİ DƏFƏ AZALIB - HESABAT
FED.az klinikanın hesabatına istinadən xəbər verir ki, qurum 2022-ci ili 1 milyon 366 min manat xalis mənfəət ilə başa vurub. Halbuki pamdemiya dönəmində, yəni 2021-ci ili 5 milyon 118 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə,"Memorial Klinik" şirkətinin xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 3 milyon 752 min manat və ya 3,7 dəfə aşağı düşüb. Bu dövrdə mənfəət vergisi ödənişi isə 382,7 min manat olub.
"Memorial Klinik"in gəlirləri 2022-ci ildə 5 milyon 447 min manat təşkil edib. Gəlirlər illik müqayisədə 4 milyon 416 min manat və ya 44,8% azalıb.
Satışın maya dəyəri isə 2 milyon 846 min manat təşkil edib ki, bu da illik müqayisə ilə 113,7 min manat və ya 3,8% azdır.
Beləliklə şirkətin ümumi mənfəəti son bir ildə 4 milyon 302 min manat (2,6 dəfə) aşağı düşüb və 2022-ci ildə 2 milyon 602 min manat təşkil edib.
Bu dövrdə klinikanın inzibati xərcləri isə 406,1 min manat və ya 87% artaraq 872,8 min manatadək yüksəlib.
Hesabat dövründə "Memorial Klinik" MMC sair əməliyyat gəlirləri 54 min, xərcləri isə 34,7 min manat olub. Gəlirlər 45,1 min manat (6 dəfə), xərclər isə 25.1 min manat (3,6 dəfə)
31 dekabr 2022-ci il tarixində "Memorial Klinik" MMC 10 milyon 98 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 8 milyon 254 min manat cəmi aktivlərə malik idi. Aktivlər son bir ildə 1 milyon 844 min manat, başqa sözlə 22,3% artıb.
Öhdəliklər isə 477 min manat (20,4%) artaraq 2 milyon 816 min manata yüksəlib.
Klinikanın balans kapitalı isə 7 milyon 282 min manat olub ki, bu da son bir ildə 1 milyon 368 min manat, başqa sözlə 23,1% artım deməkdir.
Qeyd edək ki, 31 dekabr 2022-ci il və 2020-ci il tarixlərinə cəmiyyətin nizamnamə kapitalı tam ödənilmiş, və dəyəri 10 AZN olan 10 paydan ibarət olmuşdur.
"Memorial Klinik" MMC-nin səhmdarları Ramazanov Mahir Teymur oğlu (50%) və Yaqubov Namiq Oruc oğludur (50%).
"Memorial Klinik" şirkəti törəmə müəssisəsi kimi "Gəncə Memorial Hospital" MMC-də 70% paya sahibdir, qalan 30% pay Ramazanova Bəsirə Təvəkkül qızına məxsusdur.
Nizamnamə kapitalı 20 manat olan cəmiyyətin qanuni təmsilçisi isə Məmmədov Füzuli Vilayətxan oğlu olub.