31 dekabr 2024-cü il tarixinə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin balans dəyəri 47 milyon 189 min dəyərində olan təminatsız bank krediti olub.
FED.az biznes və maliyə xəbərləri portalı bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu kredit 2025-ci ilin oktyabr ayından başlayaraq aylıq tranşlarla ödənilməli idi.
Kredit hesabat tarixinin sonunda Qrupun maliyyə borcunun (faiz ödənişləri ilə öhdəliklərinin) EBITDA-ya nisbətinin 2025-ci ilin sonuna kimi 3.5-dən çox ola bilməyəcəyini və kreditin ödəmə tarixinədək (iyun 2034-cü il) olan illərdə 3-dən çox ola bilməyəcəyini, əks təqdirdə kreditin tələb əsasında ödəniləcəyini bildirən bir kovenant var.
Bu kovenant hər il dekabrın 31-də yoxlanılır. Qrup bu şərti 2024-cü ildə yerinə yetirib.
31 dekabr 2024-cü il tarixinə Qrupun 32 milyon 422 min balans dəyəri iləxarici maliyyə təşkilatından alınmış təminatlı krediti var. Bu kredit verildiyi tarixdən etibarən 7 il ərzində rüblük əsasda tranşlarla ödənilir, növbəti və birinci tranş isə 2025-ci ilin aprelində ödənilməli idi. Kreditə borca xidmət əmsalı (minimum 1.3 dəfə), borcun EBITDA-ya (maksimum 3 dəfə) və borcun kapitala nisbəti əmsalı ilə bağlı rüblük maliyyə kovenantları daxildir









