"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC 2024-cü ilin 31 dekabr tarixinə bitən il üzrə konsolidə edilmiş maliyyə hesabatını açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat şirkətin gəlirlərindəki azalma və əməliyyat xərclərindəki artım səbəbindən mənfəətinin kəskin şəkildə azaldığını göstərir.
Hesabat dövründə QSC-nin gəliri 445 milyon 403 min manat təşkil edib. Bu, 2023-cü ilin müvafiq dövrü (524 milyon 195 min manat) ilə müqayisədə 78 milyon 792 min manat (15%) azalma deməkdir.
Satışın maya dəyəri 365 milyon 184 min manat olaraq qeydə alınıb, ötən illə müqayisədə 9 milyon 930 min manat (2,6%) azalıb.
Nəticədə, şirkətin ümumi mənfəəti 80 milyon 219 min manata bərabər olub. Bu, əvvəlki ilki 149 milyon 92 min manatla müqayisədə 68 milyon 873 min manat (46,2%) azalma deməkdir.
Şirkətin əməliyyat nəticəsi mənfəətdən zərərə keçərək -18 milyon 426 min manat təşkil edib. Bu, 2023-cü ildəki 59 milyon 222 min manatlıq mənfəətlə müqayisədə 77 milyon 648 min manat pisləşmə deməkdir. Bu pisləşmədə aşağıdakı amillər rol oynayıb:
Ümumi və inzibati xərclər 56 milyon 818 min manata bərabər olub. İllik müqayisədə 3 milyon 273 min manat (5,4%) azalma qeydə alınıb.
Sosial xərclər 4 milyon 308 min manat (45,3%) azalaraq 5 milyon 198 min manata enib.
Sair əməliyyat gəlirləri 36 milyon 757 min manata bərabər olub. 2023-cü ilə nəzərən 13 milyon 733 min manat (27,2%) azalma qeydə alınıb.
Sair əməliyyat xərcləri 13 milyon 561 min manat (20,2%) artaraq 80 milyon 320 min manata yüksəlib.
Gəmilərin, əmlak, tikili və avadanlığın satışı üzrə gəlir 13 milyon 711 min manata bərabər olub. Bu gəlirləri 2023-cü illə müqayisədə 13 milyon 637 min manat və ya təxminən 185 dəfə artıb.
Gözlənilən kredit zərəri ("GKZ") 7 milyon 88 min manat xərc olaraq qeydə alınıb. Əvvəlki illə müqayisədə 6 milyon 38 min manat və ya təxminən 7,7 dəfə artım baş verib.
Xarici valyuta mübadiləsindən zərər 1 milyon 596 min manat təşkil edib, əvvəlki ildə belə zərər olmayıb.
Xarici valyuta mübadiləsindən gəlir 1 milyon 907 min manata bərabər olub ki, nəticədə, 1 milyon 274 min manatlıq və ya təxminən 2,9 dəfə artım baş verib.
Maliyyə xərci 8 milyon 244 min manat (85,7%) artaraq 17 milyon 626 min manata çatıb.
Maliyyə gəliri ötən illə müqayisədə 2 milyon 692 min manat (8,8%) artaraq 33 milyon 198 min manata yüksəlib.
Birgə müəssisələrin nəticələrində pay 18 milyon 208 min manata bərabər olub. Nəticədə, 2023-cü illə müqayisədə 11 milyon 447 min manat və ya təxminən 2,7 dəfə artım baş verib..
Nəticədə, mənfəət vergisindən əvvəlki mənfəət 15 milyon 354 min manata bərabər olub. Bu, ötən ilki 56 milyon 362 min manatla müqayisədə 41 milyon 8 min manat (72,7%) azalma deməkdir.
Mənfəət vergisi xərci 859 min manat təşkil edib, ötən illə müqayisədə 11 milyon 818 min manat (93,2%) azalma qeydə alınıb.
QSC 2024-cü ili 14 milyon 495 min manat xalis mənfəətlə başa vurub. Bu, 2023-cü ilin müvafiq dövrü (43 milyon 685 min manat) ilə müqayisədə 29 milyon 190 min manat (66,8%) azalma deməkdir.
Cəmi il üzrə ümumi məcmu gəlir də 14 milyon 495 min manat təşkil edib.
Şirkətin cəmi aktivləri 2024-cü ilin sonu üzrə 1 milyard 826 milyon 603 min manat təşkil edib. Bu, 2023-cü ilin sonu (1 milyard 737 milyon 452 min manat) ilə müqayisədə 89 milyon 151 min manat (5,1%) artım deməkdir.
AXDG-nin cəmi uzunmüddətli aktivləri 1 milyard 592 milyon 796 min manata yüksəlib. Bu, 2023-cü ilin sonu (1 milyard 298 milyon 761 min manat) ilə müqayisədə 294 milyon 35 min manat (22,6%) artımdır.
Gəmilər, əmlak, tikili və avadanlıqlar 1 milyard 230 milyon 206 min manat təşkil edib, il ərzində 264 milyon 919 min manat (27,4%) artıb.
Birgə müəssisələrə investisiyalar 18 milyon 208 min manat (9,6%) artaraq 208 milyon 263 min manata yüksəlib.
İstiqrazlara investisiyalar 37 milyon 531 min manata bərabər olub. 2023-cü ildə bu göstərici yox idi.
Ticarət və digər debitor borclarının uzunmüddətli hissəsi 45 milyon min (42,1%) azalaraq 59 milyon 505 min manata enib.
Qabaqcadan ödənişlər 18 milyon 779 min manat (55,4%) artaraq 52 milyon 690 min manata çatıb..
Qeyri-maddi aktivlər 4 milyon 601 min manata bərabər olub, 403 min manatlıq (8,1%) azalma baş verib.
Cəmi qısamüddətli aktivlərin həcmi 233 milyon 807 min manata bərabər olub. Bu göstərici 2023-cü ilin sonundakı 438 milyon 691 min manatla müqayisədə 204 milyon 884 min manat və ya 46,7% azdır. Azalma əsasən pul vəsaitlərində qeydə alınan ciddi geriləmə ilə əlaqədardır.
Belə ki, pul vəsaitləri və onların ekvivalentləri 8 milyon 486 min manata enib və nəticədə 269 milyon 828 min manat azalaraq təxminən 33,9 dəfə geriləyib. Eyni zamanda, məhdudiyyət qoyulmuş pul vəsaitləri artaraq 1 milyon 775 min manata çatıb ki, bu da 1 milyon 516 min manat və ya təxminən 7,9 dəfə artım deməkdir.
Hesabat dövründə istiqrazlara yatırımlar 9 milyon 168 min manat təşkil edib. Qeyd edək ki, 2023-cü ildə bu istiqamət üzrə vəsait mövcud olmayıb. Ticarət və digər debitor borclarının həcmi isə 141 milyon 810 min manata bərabər olub və 48 milyon 444 min manat (51,7 %) artım göstərib.
Vergilər üzrə debitor borcları 14 milyon 91 min manata çataraq 8 milyon 548 min manat (60,7%) artıb. Korporativ gəlir vergisi üzrə debitor borcları 5 milyon 282 min manat səviyyəsində formalaşıb və əvvəlki dövrlə müqayisədə 61 min manat (1,2%) çoxdur.
Qabaqcadan ödənişlər 9 milyon 441 min manata yüksələrək 1 milyon 441 min manat (18%) artım nümayiş etdirib. Mal-material ehtiyatları isə 43 milyon 754 min manat təşkil edib və bu göstərici 166 min manat (0,4%) artıb.
Cəmi uzunmüddətli öhdəliklər 443 milyon 148 min manata bərabər olub. Bu, 2023-cü ilin sonu (206 milyon 585 min manat) ilə müqayisədə 236 milyon 563 min manat (114,5%) və ya təxminən 2,1 dəfə artımdır.
Təxirə salınmış vergi öhdəlikləri 32 milyon 919 min manat təşkil edib, 219 min manat (0,7%) artım qeydə alınıb..
Kreditlər və borclar 404 milyon 815 min manata bərabər olub ki, bu da illik müqayisədə 235 milyon 325 min manat və ya təxminən 2,4 dəfə artıb.
Ehtiyatlar 509 min manat (10,4%) artaraq 5 milyon 414 min manata yüksəlib.
Cəmi qısamüddətli öhdəliklər isə 116 milyon 347 min manata bərabər olub. Bu, 2023-cü ilin sonu (99 milyon 305 min manat) ilə müqayisədə 17 milyon 42 min manat (17,2%) artımdır.
Ticarət və digər kreditor borcları 8 milyon 923 min manat (31,9%) artaraq 36 milyon 857 min manata yüksəlib.
Digər vergilər üzrə kreditor borcları 39 milyon 691 min manata bərabər olub. Bu da illik 5 milyon 240 min manat (11,7%) azalma deməkdir.
Kreditlər və borclar 4 milyon 608 min manat (58,4%) artaraq 12 milyon 456 min manata yüksəlib.
Müqavilə öhdəlikləri 5 milyon 632 min manat (32%) artaraq 23 milyon 248 min manata çatıb.
Ehtiyatlar 4 milyon 95 min manata bərabər olub ki, bu da 2023-cü ilin göstəriciləri ilə müqayisədə 3 milyon 119 min manatlıq və ya təxminən 4,2 dəfə artım deməkdir.
AXDG-nin cəmi kapitalı 1 milyard 267 milyon 108 min manat olub. Bu, 2023-cü ilin sonu ilə müqayisədə 164 milyon 454 min manat (11,5%) azalmadır.
Səhmdar kapitalı 440 milyon 51 min manat səviyyəsində dəyişməyib.
Əlavə ödənilmiş kapital 375 milyon 260 min manata bərabər olmaqla, 1 il ərzində 14 milyon 160 min manat (3,9%) artıb.
Bölüşdürülməmiş mənfəət 178 milyon 614 min manat (28,3%) azalaraq 451 milyon 797 min manata enib.












