2023-cü ilin yanvar-avqust ayları ərzində 31 milyon dollar dəyərində kartof ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 4,1 milyon dollar və ya 11,7% azalıb.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə 35,1 milyon dollar dəyərində kartof ixrac edilib.