2023-cü ilin yanvar-avqust ayları ərzində 46,6 milyon dollar dəyərində albalı və gilas ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 5 milyon dollar və ya 7,2% artıb.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə 41,6 milyon dollar dəyərində albalı və gilas ixrac edilib.


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








