Azərbaycanın əsas şərab istehsalçılarından olan «Gəncə Şərab-2» ASC 2022-ci ilin yekunlarını açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəər verir ki, «Gəncə Şərab-2» ASC 2022-ci ildə 15 milyon 200 min manat həcmində satış edib. 2021-ci illə müqayisədə bu rəqəm 187 min manat və ya 1,2% azalıb. Xatırladaq ki, şirkət 2021-də 15 milyon 386 manatlıq məhsul satıb.
Satışın maya dəyəri üzrə xərclər isə 13 milyon 293 min manat olub. Əvvəlki illə müqayisədə satış xərcləri 2 milyon manat və ya 18% artıb.
Nəticədə müəssisənin ümumi mənfəəti 4 milyon manatdan 2 milyon manata enib.
2022-ci ildə zavodun sair əməliyyatlar üzrə gəlirləri əvvəlki illə müqayisədə 7 dəfə artaraq 173 min manata yüksəlib.
Beləliklə, «Gəncə Şərab-2» ASC-nin xalis mənfəəti 2021-ci ilə 3 milyon 255 min manat olmuşdusa, 2022-ci ildə bu rəqəm 675 min manat və ya 20% azalaraq 2 milyon 579 min manata düşüb.
2022-ci ildə şirkətin aktivləri 23 milyon manatdan 26 milyon manata yüksəlib. Öhdəlikləri 6,5 milyon manat, cəmi kapitalı 19,5 milyon manat təşkil edib.
Qeyd edək ki, “Gəncə Şərab-2” ASC-nin (VÖEN: 2300015791) nizamnamə kapitalı 10 milyo 685 min manatdır. Şirkətin qanuni təmsilçisi Saleh Babazadədir.