“Böyükşor Avtonəqliyyat” ASC-nin 2023-cü il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında hesabatı açıqlanıb.
FED.az ASC-nin hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə şirkətin satışları 567,1 min manat, sair əməliyyat gəlirləri 2,1 min manat olub. İllik müqayisədə satışlar 90,9 min manat (19,1%), sair əməliyyat gəlirləri 0,2 min manat (10,5%) artıb.
Hesabat dövründə şirkətin işçi heyəti üzrə xərcləri 98,5 min manat, amortizasiya xərcləri 27 min manat, sair əməliyyat xərcləri 27,8 min manat olub. Son bir ildə işçi heyəti xərcləri 8,2 min manat (9,1%), sair əməliyyat xərcləri 0,6 min manat (2,2%) artıb, amortizasiya xərcləri isə 3,4 min manat (11,2%) azalıb.
ASC-nin əməliyyat mənfəəti 85,7 min manat və ya 26% artaraq 415,9 min manata çatıb.
Mənfəət vergisi ödəməsi isə 17 min manat (26,1%) artaraq 83,2 min manat olub.
Bununla da “Böyükşor Avtonəqliyyat” ASC-nin 2023-cü ili 332,7 min manat xalis mənfəətlə başa vurub. Bu, 2022-ci ilin mənfəətindən 69 min manat və ya 25,9% çoxdur.
“Böyükşor Avtonəqliyyat” ASC ötən il 1 milyon 752 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 150 min manat, başqa sözlə 9,4% çoxdur.
Şirkətin öhdəlikləri 43,6 min manat və ya 2,6 dəfə artaraq 71 min manat təşkil edib.
Balans kapitalı isə 1 milyon 680 min manat olub ki, bu da 2022-ci illə müqayisədə 106,4 min manat və ya 6,8% çoxdur.
Bölüşdürülməmiş mənfəət xalis mənfəətdə olduğu kimi 2022-ci ilin mənfəətindən 69 min manat və ya 25,9% çox olub və 332,7 min manat təşkil edib.
Ödənilmiş nominal (nizamnamə) kapitalı isə dəyişməyərək 1 milyon 154.7 min manat olaraq qalıb.