“Aztelekom” MMC-nin 2022-ci il üzrə maliyyə vəziyyəti məlum olub.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, “Aztelekom” MMC 2022-ci ili 26 milyon 101 min manat zərərlə başa vurub.
Bu zərər 2021-ci illə müqayisədə 14 milyon 479 min manat və ya 2,2 dəfə çoxdur.
Hesabat dövründə şirkət 6 milyon 278 min manat mənfəət vergisi ödəyib ki, bu da illik müqyaisədə 1 milyon469 mi9n manat və ya 30,5% çoxdur.
2022-ci ildə “Aztelekom”un göstərdiyi xidmətlərdən gəlirləri 106 milyon 972 min manat, xidmətlərinin maya dəyəri 82 milyon 639 min manat, ümumi mənfəət 24 milyon 333 min manat, əməliyyat zərəri 21 milyon 434 min manat , ümumi, inzibati və digər əməliyyat xərcləri 47 milyon 551 min manat, maliyyə aktivlərinin dəyərsizləşməsindən gəlirləri 1 milyon 784 min manat, maliyyə xərcləri 1 milyon 982 min manat, sair qeyri-əməliyyat gəlirləri 3 milyon 593 min manat təşkil edib.
Əvvəlki illə müqayisədə gəlirlər 8 milyon 102 min manat (8,2%), xidmətlərinin maya dəyəri 11 milyon 253 min manat 15,8%), əməliyat zərəri 11 milyon 353 min manat (2,1 dəfə) ,ümumi, inzibati və digər əməliyyat xərcləri 11 milyon 861 min manat (33,2%), , maliyyə xərcləri 1 milyon 883 min manat (20 dəfə) , sair qeyri-əməliyyat gəlirləri 226 min manat ,7%) artıb, ümumi mənfəət 3 milyon 151 min manat (11,5%) maliyyə aktivlərinin dəyərsizləşməsindən gəlirləri 91 min manat (4,9%) azalıb.
2023-ci il yanvarın 1-nə “Aztelekom”in aktivləri 270 milyon 852 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 38 milyon 347 min manat və ya 16,5 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 32 milyon 793 min manat və ya 73,7 % artaraq 77 milyon 286 min manata, balans kapitalı isə 5 milyon 555 min manat və ya 3 % artaraq 193 milyon 566 min manata çatıb.
Ötən il şirkətin 14,2 milyon manat bölüşdürülməmiş mənfəəti 11,9 milyon manat yığılmış zərərlə əvəzlənib.