“Gəncə Şərab-2” ASC 2024-cü ilin maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, şirkət ötən ili 2 milyon 99 min manat mənfəətlə başa vurub. Şirkətin əldə etdiyi xalis mənfəət son bir il ərzində 195 min manat və ya 8.5% azalıb.
Hesabat ilində “Gəncə Şərab-2” 525 min manat mənfəət vergisi ödəyib ki, bu da son bir il ərzində 49 min manat (9%) azalma deməkdir.
Şərab şirkətinin ötən il gəlirləri 18 milyon 273 min manat, satışın maya dəyəri 15 milyon 542 min manat, ümumi mənfəəti isə 2 milyon 731 min manat təşkil edib.
İllik müqayisədə gəlirlər 2 milyon 986 min manat (19,5%) , satışın maya dəyəri 3 milyon 268 min manat (26,6%) artıb, ümumi mənfəətdə 282 min manat və ya 9,4% azalma baş verib.
Şərab şirkətinin sair əməliyyat gəlirləri 51 min manat, xərcləri 73 min manat, ümumi əməliyyat mənfəəti isə 2 milyon 709 min manat təşkil edib.
Əməliyyat gəlirlərində 23 min manat və ya 82,1%, xərclərdə 7 min manat (10,6%) artım, əməliyyat mənfəətində 266 min manat (8,9%) azalma qeydə alınıb.
“Gəncə Şərab-2” ötən il 32 milyon 215 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 822 min manat və ya 2,6% artıb.
Şərab şirkətinin öhdəlikləri 736 min manat və ya 5,4% artaraq 14 milyon 423 min manata yüksəlib.
Balans kapitalı isə 86 min manat (0,5%) artaraq 17 milyon 791 min manata düşüb.
Şirkətin bölüşdürülməmiş mənfəətinin həcmi isə 4 milyon 760 min manata bərabər olub ki, bu da son bir il ərzində 797 min manat və ya 14,3% azalma deməkdir.