"Assist Finance İnvestisiya Şirkəti" ötən ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər şirkət ötən ili 656,8 min manat mənfəətlə başa vurub. 2022-ci ildə bu göstərici 99 min manat idi.
Hesabata əsasən şirkətin cəmi gəlirləri 1 milyon 657 min manat, cəmi xərcləri 834 min manat təşkil edib.
İnvestisiya şirkəti haqq və komissiya, o cümlədən işçi heyəti ilə bağlı xərclərini azaldıb.
Haqq və komissiya xərcləri 272,6 min manat, işçi heyəti ilə bağlı xərclər isə 222,1 min manat olub.
Göstəricilərdə son bir il ərzində 7,4 min manat (2,6%) və 11,9 min manat (5,1%) azalma baş verib
Digər inzibati və əməliyyat xərcləri 49,2 min manat (15,2%) azalaraq 273,5 min manata düşüb.
İnvestisiya şirkəti ötən il 2 milyon 673 min manat aktivlərə malik olub. Aktivlər son bir il ərzində 1 milyon 81 min manat və ya 28,8% azalıb.
Öhdəliklər də 888 min manat və ya 37,5% azalaraq 2 milyon 370 min manata düşüb.
Balans kapitalı bu dövrdə 1 milyon 191 min manat olub ki, bu da illik müqayisədə 193 min manat və ya 13,9% azalma deməkdir.