Bank Olmayan Kredit Təşkilatı “ASET Maliyyə Texnologiyaları” MMC 2023-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, kredit şirkəti ötən ili 40 min manata yaxın xalis zərər ilə başa vurub. 2022-ci ili isə 81 min manat xalis zərər ilə bağlamışdı. Zərərin azalması gəlirlərin artması ilə bağlı olub.
“ASET Maliyyə Texnologiyaları”nın faiz və komissiya gəlirləri , 2023-cü ildə 36 min manat olub. Göstəricilər son bir il ərzində 32,6 min və ya 10,5 dəfə artıb.
Bunun da 16,1 min manatı müştərilərə verilmiş kreditlərdən əldə edilmiş gəlirlərin, 20 min manatı isə kreditlərin verilməsi üzrə haqq və komissiya gəlirlərinin payına düşüb. İllik müqayisədə müştərilərə verilmiş kreditlərdən əldə edilmiş gəlirləri 12,7 min manat və ya 4,7% artıb. Ötən il kreditlərin verilməsi üzrə haqq və komissiya gəlirləri olmayıb.
Digər faiz gəlirləri isə 60,4 min manata bərabər olub.
Kredit şirkətinin cəmi gəlirləri isə 96 min manata bərabər olub.
“ASET Maliyyə Texnologiyaları” MMC-nin işçi heyəti üzrə xərcləri 23,8 min manat və ya 34,6% azalaraq 45 min manata düşüb.
31 dekabr 2023-cü il tarixində “ASET Maliyyə Texnologiyaları"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 151 min manata çatıb. 2022-ci ilin sonunda Təşkilatın kredit portfeli 84 min manat təşkil etmişdi.
Kredit təşkilatı ötən il 330,5 min manat aktivlərə malik olub. Aktivər son bir il ərzində 57,2 min manat və ya 14,8% azalıb.
Öhdəliklər son bir il ərzində 117,2 min manat və ya 3,2 dəfə azalaraq 54,3 min manata düşüb.
Balans kapitalı isə 60 min manat və ya 27,8% artaraq 276,2 min manata yüksəlib.
Bank Olmayan Kredit Təşkilatı “ASET Maliyyə Texnologiyaları” MMC-də 100% payçı Bağırov Elçin Hüseyn oğludur.