Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır.
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Moskvada Prezident Vladimir Putin ilə təkbətək görüşdə deyib.
Azərbaycan dövlətinin başçısı vurğulayıb: “Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada - Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”.