Fransa Prezidenti Emmanuel Makron yaxın ətrafı ilə parlament seçkilərində sağçıların qalib gələcəyi təqdirdə dövlət başçısı vəzifəsindən istefa vermək imkanını müzakirə edir.
Fransada Makronun reytinqi - 25%-Ə DÜŞÜB
FED.az xəbər verir ki, bu barədə “Europe 1” radiostansiyası məlumat yayıb.
“Prezidentin istefası tabu deyil. Bu gün bütün ssenariləri nəzərdən keçirmək lazımdır”, - radiostansiya Makronun yaxın adamlarından birinin sözlərini sitat gətirib.
Qeyd olunub ki, Makronun özü son həftələrdə həmsöhbətlərindən biri ilə bu “son tədbirlər ssenarisini” müzakirə edib. (Report)