ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu hakimiyyətdə qaldıqları müddətdə Hörmüz boğazı gəmiçilik üçün açılmayacaq.
FED.az xəbər verir ki, bunu İranın Ali Rəhbərinin müşaviri Məhəmməd Baqer Zülqədər bildirib.
“Cinayətkar Tramp və qaniçən Netanyahu hakimiyyətdən devrilməyənə qədər döyüşçülərimiz Hörmüz boğazını açmayacaqlar”, - deyə o deyib.
İranın Ali Rəhbərinin müşaviri əlavə edib ki, boğazın bağlanması İran xalqının qisasının yalnız ilk mərhələsidir.












