«HAS Investment» şirkətində yeni təyinat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Rüfət Quliyev «HAS Investment» şirkətində Group CIO (Qrup üzrə Baş İnformasiya Direktoru) vəzifəsinə keçib.
Bu barədə Rüfət Quliyev məlumat verib.
Rüfət Quliyev bundan əvvəl 8 il AFB Bank-da çalışıb və yeni vəzifəyə gedənədək bankın İT istiqamətinin rəhbəri olub.
Onun sözlərinə görə, yeni vəzifədə bütün qrup üzrə İT və rəqəmsal strategiyanın qurulması, IT/Data Governance, vahid texnoloji arxitektura, İT funksiyalarının mərkəzləşdirilməsi, kibertəhlükəsizlik və süni intellekt layihələri onun məsuliyyət dairəsinə daxil olacaq.













