Shamkir Agropark
Mühasib (Şəmkir)
Son tarix 22 okt 2026 - [email protected]
Mühasib müəssisənin maliyyə əməliyyatlarının düzgün, vaxtında və qanunvericiliyə uyğun şəkildə uçotunun aparılmasını təmin edir. Vəzifə sahibi maliyyə sənədlərinin dəqiqliyini qoruyur və rəhbərliyin maliyyə qərarlarının qəbuluna dəstək olur. Mühasib şirkətin maliyyə intizamını qoruyur, hesabatlılığı təmin edir və mühasibat uçotunun şəffaf, dəqiq və etibarlı aparılmasına töhfə verir.
Vəzifə öhdəlikləri:
- Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunun təşkil edilməsi;
- Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsi,
- Vergi bəyannamələri ilə işləmək;
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasının təşkil edilməsi;
- Hesabat-uçot işlərinin müasir avtomatlaşdırma vasitələrindən istifadə edərək qurulmasında iştirak edilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi;
- Xərc smetaların icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsinin uçotunu aparılması;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsinin təşkil edilməsi;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsinin həyata keçirilməsi;
- Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət edilməsi;
- Pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak edilməsi.
- Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
Seçim meyarları
- Təhsil: Ali,PMS sertifikatı olması arzu olunandır
- İş təcrübəsi: mühasibatlıq üzrə 1 il və ya PMS sertifikatı varsa təcrübə olmasada olar
- Texniki və peşəkar biliklər: Riyazi hesablama bacarığı, ERP (1C) ilə işləmə bacarığı, MS Office ilə işləmə bacarığı, əsas vəsaitlərin uçotu
- Yumşaq bacarıqlar və səriştələr: Komanda ilə iş, detallara diqqət, kommersiya sirrinin qorunması
- Dil bilikləri: ingilis ,türk və rus dillərini bilməyi üstünlük təşkil edir
- Digər tələblər / qeydlər: Maliyyə sənədlərinin dəqiqliyini qorumaq və qanunvericiliyə uyğun işləmək
Səlahiyyətlər
- Maliyyə əməliyyatlarının düzgün və vaxtında uçotunu aparmaq
- Hesabatlılığı təmin etmək və rəhbərliyə maliyyə qərarlarında dəstək vermək
- Mühasibat uçotunun şəffaf, dəqiq və etibarlı aparılmasını təmin etmək
Məsuliyyətlər
- Maliyyə sənədlərinin düzgünlüyünə görə məsul olmaq
- Kassa və bank əməliyyatlarının düzgünlüyünü təmin etmək
- Mühasibatlıq uçotunun qanunvericiliyə uyğun aparılmasına cavabdeh olmaq
Əlavə məlumat:
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- İş yeri Şəmkir şəhəri
Maraqlanan şəxslər öz CV formalarını Mühasib (Şəmkir)" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV-lərin təqdim ounması ilə bağlı son tarix 07/10/2026













