2025-ci ildə Azərbaycanda təkrar bazarda satılan 41 606 mənzilin yarıdan çoxu yeni tikililər olub.
FED.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, il ərzində ölkədə satılan 41 606 mənzildən 21 629-u və ya 52%-i yeni tikililərdə yerləşib.
Satılan mənzillərin 18 865-i və ya 45%-i sovet dövründə tikilmiş binalarda yerləşir. Sovet dövründən əvvəl tikilmiş binalardan isə 1112 mənzil satılıb, bu da ümumi mənzillərin 2,7%-dir.
Məbləğ baxımından fərq daha böyükdür: yeni tikililərdə satılan mənzillərə 3,347 milyard manat, yəni bütün satışların 62%-i xərclənib. Sovet dövründə tikilmiş mənzillərin satışına isə təqribən 2 milyard manat xərclənib.
Bununla yanaşı, maraqlı odur ki, hesabata əsasən, yeni tikililərin kvadratmetri Sovet binalarından ucuz çıxıb – müvafiq olaraq 1 983 və 2 041 manat. Sovetdən əvvəlki binalarda isə kvadratmetrin qiyməti daha da baha olub - 2 473 manat.
Bunun səbəbi sovet dövründən əvvəlki və sovet dövründəki binaların daha çox mərkəzi ərazilərdə yerləşməsidir. Formalaşmış belə qiymətləri Sovet mənzillərinin əsasən Bakının mərkəzi rayonlarında, yeni tikililərin isə Abşeron və ətraf qəsəbələrə də yayılmış olması ilə izah etmək olar. Sovet İttifaqından əvvəl tikilmiş mənzillərin 1 kv.m qiyməti (2.473 AZN) ən yüksəkdir. Belə mənzillərin də demək olar ki tamamilə mərkəzi yerlərdə yerləşməsi ilə əsaslandırılır.
Lokasiyanın əlverişli olması mənzilin qiymətini artırıb.





![Yeni tikililərin kvadratmetri “Sovet binaları”ndan ucuz çıxıb – [red]MARAQLI RƏQƏMLƏR[/red] | FED.az](/upload/news/small/112055.jpg)
![Yeni tikililərin kvadratmetri “Sovet binaları”ndan ucuz çıxıb – [red]MARAQLI RƏQƏMLƏR[/red] | FED.az](/upload/news/small/2726287.png)
![Yeni tikililərin kvadratmetri “Sovet binaları”ndan ucuz çıxıb – [red]MARAQLI RƏQƏMLƏR[/red] | FED.az](/upload/news/small/4663510.png)







