ABŞ prezidenti Donald Tramp İranla fəal danışıqlar aparmadıqlarını və müharibənin 3 noyabrda keçiriləcək ara seçkilərdən dərhal sonra başa çatacağını iddia edib.
FED.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranla aktiv danışıqlar aparmadıqlarını bildirib və İranla müharibənin 3 noyabrda keçiriləcək ABŞ-dakı aralıq konqres seçkilərindən dərhal sonra başa çatacağını iddia edib.
ABŞ prezidenti Vaşinqtondan Texasa yola düşməzdən əvvəl hava limanında jurnalistlərin cari hadisələrlə bağlı suallarını cavablandırıb.
ABŞ-da benzin qiymətlərinin nə vaxt düşəcəyi ilə bağlı suala cavab olaraq Tramp 3 noyabrda keçiriləcək aralıq konqres seçkilərinə işarə edib.
Hazırda İranla aktiv danışıqlar aparmadıqlarını bildirən Tramp, "Düşünürəm ki, müharibə seçkilərdən dərhal sonra bitəcək, çünki artıq buna dözə bilməzlər" deyib.
Tramp İranın ABŞ-ın aralıq konqres seçkilərinə təsir göstərməyə çalışdığını iddia etsə də, iddiasını dəstəkləyəcək detalları açıqlamayıb.
Tramp bir daha xatırladıb ki, İranla müharibənin əsas məqsədi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. O, ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazına tam nəzarət etdiyini, hər gün buradan çoxsaylı neft tankerlərinin keçdiyini bildirib.












