Fransa Prezidenti Emmanuel Makron ictimai etimad reytinqində daha iki faiz bəndi geriləyib.
FED.az xəbər verir ki, bu barədə “Les Echos” qəzeti yazır. Bu, 2022-ci ildən bəri ən aşağı səviyyəli göstəricidir.
Nəşrin bildirdiyinə görə, indi Makrona etimad səviyyəsi 25%-ə düşüb.
Qəzet yazır ki, Qabriel Attalın baş nazir vəzifəsinə təyin olunması etimad reytinqinə demək olar ki, heç bir təsir göstərməyib. (Apa)