Banner
Banner

Biznes

Ən böyük arzum işğaldan azad edilən torpaqlarımızda mənzillər tikib təmir etməkdir – QUBAD USTA

Ən böyük arzum işğaldan azad edilən torpaqlarımızda mənzillər tikib təmir etməkdir – QUBAD USTA | FED.az
21:32 27 Noy 2020

İndi elə bir dövrdür ki, hər kəsin ürəyi bir amal uğrunda döyünür: əsgərlərimiz zəfər çalsın, işğal olunmuş bütün torpaqlarımız azad edilsin. Elə “Norm Ustalar Klubu Layihəsi”nin iştirakçıları da saytımıza müsahibələrində bir qayda olaraq bu arzularını dilə gətirirlər.

İmişlidən olan 51 yaşlı həmsöhbətimiz Qubad Qubadovun indi ən böyük arzusu işğaldan azad edilən torpaqlarımızda mənzilləri, obyektləri “0-dan” tikib, təmir edib sahibinə təhvil verməkdir: “Bax, onda lap ürəklə deyərəm ki, qələbə bizimdir!”
Təxminən 25 ilə yaxındır ki, tikinti sahəsində çalışır Qubad usta. Necə deyərlər, həm tikir, həm təmir edir: “Tikintinin o sahəsi yoxdur ki, bilməyim. Düzdür, bu işə ehtiyac üzündən başlamışam, amma çox yaxşı ustaların yanında çalışmışam, dərs götürmüşəm. İndi özüm bir evi, yaxud obyekti 0-dan götürüb, tikib, təmir edib başa çatdırıram”.
İmişlidə rayon mərkəzində yaşayan insanlara kəndlərdə yaşayanların zövqləri arasında ciddi fərq var. Həmsöhbətimizin sözlərinə görə, bu fərq əvvəllər daha ciddi nəzərə çarpırdı: “Rayon camaatı əsasən Avropa üslubuna üstünlük verirdilər, kənd camaatı isə sadə üsluba. İndi yavaş-yavaş kənddəkilərin də zövqü dəyişir. Kim hara gedir orda maraqlı, yaraşıqlı dizayn görürsə gəlib onu kənddə də sifariş edir. Bəzən çox çətin, qəliz çertyojlar olur, amma öhdəsindən gəlirik. Çox şükür ki, indiyədək hər hansı bir narazılıqla qarşılaşmamışıq. Bu da sevindirici haldır ki, deməli, evimizə halal qazanc aparırıq”.
Hazırda İmişlidə tikinti işi demək olar ki, dayanıb. Buna səbəb isə sentyabrın 27-dən başlayan döyüşlərdir: “İnşallah, Allahın köməyilə müharibə başa çatsın, qələbə qazanaq. 27-dən bəri hamı bir nəfər kimi səfərbər olub orduya dəstək olmağa çalışır”.
Q.Qubadov “Norm Ustalar Klubu Layihəsi” barədə də danışdı. “1 ildən bir az artıqdır ki, bu kluba qoşulmuşam” deyən ustanın sözlərinə görə, layihə ustalar üçün çox faydalıdır: “Belə bir klubu yaratdıqlarına görə layihə müəlliflərinə çox təşəkkür edirəm. İnsanlarda informasiya mübadiləsi imkanları indi daha genişdir, belə klublar yaratmağa maraq göstərən azdır. Amma “Norm Ustalar Klubu“na kim qoşulursa məmnun qalır. Bizim üçün burda maraqlı tədbirlər təşkil edilir, stimulverici yarışlar keçirilir”.

Qeyd edək ki, Norm Sement inşaat sahəsində çalışan ustaların fəaliyyətinə, onların peşəkar inkişafına böyük diqqət nümayiş etdirir. Bu məqsədlə yaradılan və geniş usta kütləsini özündə birləşdirən Norm Ustalar Klubu 2016-cı ildən bəri uğurla fəaliyyət göstərir.

Ən böyük arzum işğaldan azad edilən torpaqlarımızda mənzillər tikib təmir etməkdir – QUBAD USTA | FED.azƏn böyük arzum işğaldan azad edilən torpaqlarımızda mənzillər tikib təmir etməkdir – QUBAD USTA | FED.az
Banner

Digər xəbərlər