Sentyabrın 22-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgünü ziyarət edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, görüşdə ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyəti sədrinin müavini Tahsin Gündəm, İdarə Heyətinin üzvləri Nigar Ələsgərova və Seymur Bünyatov iştirak ediblər.
Danışıqlar zamanı iki ölkə arasında aqrar sahədə mövcud və perspektiv əməkdaşlıq əlaqələri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin oktyabr ayında keçirilməsi nəzərdə tutulan 3-cü Beynəlxalq Aqrar Biznes Forumu layihəsi barədə məlumat verilib, qarşılıqlı birgə fəaliyyət imkanları dəyərləndirilib.






![ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/2774113.jpg)
![ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/2800057.jpg)
![ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/419820.jpg)







