Bakı Fond Birjasında (BFB) “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu” ASC-nin buraxılış həcmi 50 milyon manat dəyərində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac başa çatıb.
BFB-dən FED.az-a bildirilib ki, istiqrazların hərrac qiyməti 1000 manat olub.
Faizli ipoteka istiqrazının sayı 50 min ədəd, buraxılış həcmi 50 milyon manat, illik gəlirlilik faizi 3,25 faiz təşkil edib. İstiqrazların tədavül müddəti 7200 gündür. “Unicapital İ.Ş” ASC anderrayter vəzifəsində çıxış edir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.