İlk investisiyanızı 0% komissiya ilə etməyə hazırsınız?
FED.az xəbər verir ki, Unicapital investisiyaya başlamaq istəyənlər üçün qlobal bazarlara komissiyasız çıxış təqdim edir.
Belə ki, Unicapital-a məxsus UTrader platformasında hesab açarkən, səhm, ETF və kriptovalyuta alışını komissiyasız həyata keçirə bilərsiniz. Qeyd edək ki, bu kampaniya, həmçinin yeni alətlərlə ticarət aparan Unicapital-ın cari müştərilərinə şamil ediləcək.
Kampaniya oktyabrın 8-dək davam edəcək.
Unicapital İnvestisiya Şirkətinə aid "UTrader" platforması müştərilərinə Apple, Tesla, Netflix, Amazon kimi 18 000-dən çox yerli və beynəlxalq şirkətlərin səhm və ETF-lərinə investisiya imkanı təqdim edir. Həmçinin burada Bitcoin, Ethereum, Binance Coin, Solana kimi 100-dən çox kriptovalyuta ilə CFD kontraktları üzərindən sürətli, təhlükəsiz və rahat şəkildə ticarət etmək mümkündür.
Xatırladaq ki, Unicapital-ın nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsusdur. Şirkət 2007-ci ildən bəri fond bazarının peşəkar iştirakçısı, Bakı Fond Birjasının ilk və ən uzunmüddətli üzvüdür. Hazırda şirkətin müştəri sayı 1 000 000-u ötüb.
Müraciət üçün https://unicapital.az/utrader-campaign/
Ətraflı məlumat üçün: +994 50 573 01 17













