İstiqrazlar “ABB Invest” investisiya şirkəti vasitəsilə yerləşdirilir. Emissiya prospekti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydiyyata alınıb.
FED.az xəbər verir ki, 2014-cü ildən Azərbaycanın lizinq bazarında fəaliyyət göstərən “Prior Leasing” ASC ümumi həcmi 2 000 000 (iki milyon) manat olan faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazları investorlara təqdim edir. İstiqrazların əldə olunması üçün abunə yazılışı 21 sentyabr – 19 noyabr tarixləri arasında davam edəcək. Sifarişlərin qəbulu ABB mobile tətbiqinin daxilindəki “Yeni Emissiyalar” (https://app.abb-bank.az/local_ipo_tab) bölməsi üzərindən sürətli və tam onlayn şəkildə həyata keçirilir.
Yerləşdirmə 23 noyabrda “ABB-İnvest İnvetisiya Şirkəti” QSC-nin anderrayterliyi ilə Bakı Fond Birjasında həyata keçiriləcəkdir.
Yeni buraxılışın əsas fərqləndirici xüsusiyyəti faiz gəlirinin ödənilmə tezliyidir: bu emissiyada investorlar illik 15% sabit dərəcəsi ilə hesablanan faiz gəlirini hər 30 gündən bir, nağdsız qaydada, birbaşa bank hesablarına köçürülməklə əldə edəcəklər. Hesablamalar istiqrazların nominal dəyəri üzərindən aparılacaq. İstiqrazın nominal dəyəri isə tədavül müddətinin sonunda tam şəkildə qaytarılır.
Emissiyanın əsas göstəriciləri
|
Göstərici |
Təsviri |
|
İstiqrazların növü |
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
|
Valyuta |
Azərbaycan manatı (AZN) |
|
Nominal qiymət |
100 AZN |
|
Emissiyanın ümumi həcmi |
2 000 000 AZN |
|
İstiqrazların sayı |
20 000 ədəd |
|
İllik faiz (kupon) dərəcəsi |
15% |
|
Tədavül müddəti |
24 ay |
|
Gəlirin ödənilmə tezliyi |
Hər 30 gündən bir |
|
Ödəniş forması |
Nağdsız, investorun bank hesabına köçürülməklə |
|
Nominal dəyərin ödənilməsi |
Tədavül müddətinin sonunda, tam məbləğdə |
|
Anderrayter |
“ABB-İnvest İnvetisiya Şirkəti” QSC |
Qeyd olunan istiqrazların nominal dəyərinin 100 AZN səviyyəsində müəyyən edilməsi əlçatanlığı artırmaq və geniş investor bazasına müraciət etmək məqsədi daşıyır. İstiqrazların tədavül müddəti ilk istiqrazın yerləşdirmə tarixindən etibarən 24 ay təşkil edəcək.
12 ildir Azərbaycan lizinq sektorunda fəaliyyət göstərən “Prior Leasing” ASC kənd təsərrüfatı və tikinti texnikasının maliyyələşdirilməsi üzrə ixtisaslaşmışdır. Şirkət İtaliya, Türkiyə, Çin və digər ölkələrin istehsalçılarına aid aqrotexnikanı lizinq şərtləri ilə Azərbaycan bazarında təqdim edir. Şirkətin satış və xidmət şəbəkəsi ölkənin müxtəlif regionlarını əhatə edir və 20-dən çox filial və nümayəndəlikdən ibarətdir.
Əlaqə
İstiqrazların yerləşdirilməsi prosesi və digər ətraflı məlumatlarla bağlı “Prior Leasing” ASC-nin 858 qısa nömrəsinə və “ABB-İnvest İnvetisiya Şirkəti” QSC-nin [email protected] elektron poçt ünvanına müraciət edə, həmçinin *3773 qısa nömrəsi və ya +994 50 268 33 99 mobil nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.













