2026-cı ilin ilk 8 ayında Azərbaycanda illik inflyasiya 5,7% təşkil edib.
FED.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində onun sədrliyi ilə keçirilmiş iclasda bildirib.
Onun sözlərinə görə, 2027-ci ildə isə orta illik inflyasiyanın 5,3%-ə düşəcəyi proqnozlaşdırılır.
Sənəddə proqnozun beynəlxalq ərzaq və əmtəə qiymətləri ilə bağlı gözləntilər, manatın məzənnəsinin sabitliyi və valyuta bazarındakı tarazlıq nəzərə alınmaqla hazırlandığı bildirilir.













