Azərbaycan 2027-ci ildə müdafiəyə 8,8 milyard manat xərcləyəcək.
Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44 % olacaq"
FED.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində onun sədrliyi ilə keçirilmiş iclasda bildirib.
2027-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat nəzərdə tutulur.
Sənədə əsasən, bu istiqamət dövlət büdcəsinin bütün xərclərinin təxminən 21%-ni təşkil edəcək.
2026-cı ilin təsdiqlənmiş büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 8,715 milyard manat təşkil edir.
Beləliklə, təqdim olunan 2027-ci il göstəricisi 2026-cı ilin təsdiqlənmiş məbləğindən təxminən 85 milyon manat çoxdur.












