Qazaxıstanda Xəzər dənizində təlimlər zamanı 19 hərbçini axın aparıb, onlardan 9-u həlak olub.
FED.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin məlumat yayıb.
Qurumdan qeyd edilib ki, üç hərbçi xilas edilib, o cümlədən bir nəfər xəstəxanaya yerləşdirilib.
Digərlərinin axtarışı aparılır.
Xilasetmə xidmətlərinin qüvvə və vasitələri dərhal hadisə yerinə yönləndirilib. Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyi, Hərbi Dəniz Qüvvələrinin bölmələri, aviasiya və digər aidiyyəti xidmətlər cəlb edilib.
"İlkin məlumata görə, 19 hərbçini axın aparıb. Hazırda 9 hərbçinin həlak olduğu müəyyən edilib. Hadisənin bütün hallarını müəyyənləşdirmək və axtarış-xilasetmə işlərini əlaqələndirmək üçün müdafiə naziri, aviasiya general-leytenantı Dauren Kosanovun rəhbərliyi ilə Müdafiə Nazirliyinin komissiyası təcili olaraq hadisə yerinə gedib", - Müdafiə Nazirliyinin məlumatında bildirilir.












