Qida Təhlükəsizliyi Agentliyi Goranboy rayonunun Balakürd kəndində fəaliyyət göstərən sahibkar Nəbiyev Feyzulla Sovetxan oğluna məxsus iribuynuzlu və xırdabuynuzlu heyvanların yetişdirilməsi təsərrüfatında yoxlama aparılıb.
FED.az xəbər verir ki, yoxlama zamanı heyvandarlıq təsərrüfatında qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların pozulduğu, mütəmadi təmizlik işlərinin aparılmadığı, yem əlavələrindən, baytarlıq preparatlarından, bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinə uyğun istifadə edilmədiyi məlum olub.
Həmçinin müəssisədə istehsal olunan süd və süd məhsullarının baytarlıq-sanitariya ekspertizasından keçmədən və baytarlıq şəhadətnaməsi (forma 2) olmadan satışının həyata keçirildiyi aşkar edilib.
Aşkarlanmış faktla bağlı sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.